"Prezident bu qanmazlara izah edir ki…" – Deputatdan SƏRT REAKSİYA

"Görəsən, Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı? Maraqlıdır ki, özlərinin Milli Assambleyasına da xeyli belə tərbiyəsizləri yerləşdiriblər və gücləri çatan ölkələrə qarşı yekəxana tərzdə açıqlamalar verirlər. Azərbaycan Prezidenti bu qanmazlara izah edir ki, sənin prezidentliyə namizədin sərhədlərimizi pozaraq Azərbaycan ərazisinə daxil olur və terrorçularla əməkdaşılıq edir, əvəzində Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siotti ədəbsizlik edərək dövlət başçısını təhqir etməyə özündə cəsarət tapır".
KONKRET.az xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bunun ardınca isə Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında ağıllı diplomata yaraşmayan tərzdə açıqlama verib Valeri Pekres adlı prezidentliyə namizəd olan başıpozuq qarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə haqq qazandırmağa çalışır:
"Üstəlik də Azərbaycan Prezidentinin bu qanuntanımaz terrorçularla əməkdaşlıq edən qarının əməlləri ilə bağlı söylədiyi fikirlərin "forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu" bildirir.
Fikrimcə nazir Lö Drian digər ölkənin dövlət başçısının açıqlamasını olduqca ədəbsiz və məsuliyyətsiz formada şərh etməklə diplomatik ənənələri pozmuşdur.
Prezident İlham Əlyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamaları birbaşa suveren dövlətin beynəlxalq hüququn tələblərini xatırlatmağa əsaslanır və tamamilə məntiqlidir.
Əslində prezident əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuları dəstəkləyən bu qanuntanımız fransız vətandaşlarını yumşaq üslubda tərbiyələndirməyə, islah etməyə çalışıb və Pekresin Fransa prezidentliyinə namizədlik statusunun Azərbaycan ərazisində deyil, yalnız Fransada keçərli olduğunu xatırladıb.
Onsuz da Azərbaycanda Fransa 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində yer alan və terroru dəstəkləyən ölkə kimi tanınır. Üstəlik Fransa Milli Assambleyasının tarixdə anoloqu olmayan elə bir həyasızlığa imza atıb ki, bunun izahını heç zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən verə bilməyəcəklər. Belə ki, Milli Assambleyanın hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma "Dağlıq Qarabağ Respublikasını" tanımağa çağıran sənədlər qəbul edib.
Fikrimcə, Avropa məkanında Azərbaycanın beynəlxalq mövqeyini və nüfuzunu sarsıtmaya çalışan fransalı siyasətçilərin və vəzifəli şəxslərinin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir".

Siyasi       Tarix: 19 yanvar 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler