Prezident: "Dronları almağa davam edirik

Prezident: "Bu, beynəlxalq hərbi mütəxəssislərin ümumi dəyərləndirməsidir ki, Azərbaycan XXI əsrin müharibəsini apardı. Bizdən əvvəl heç kim müharibəni bu cür aparmayıb. Təkcə dronlar deyildi, çox dəqiq kəşfiyyat var idi. Qeyd etdiyiniz kimi, hər iki ölkədən – Türkiyə və İsraildən olan dronlar inteqrasiya olunmuşdu. Bizdə olan İsrail dronları kəşfiyyat dronları və kamikadze dronları idi, Türkiyə dronları kəşfiyyat dronları və qırıcı dronlar idi. Bunları bir hərbi əməliyyatda birləşdirmək asan deyildi". 
Bu sözləri Prezident İlham Əliyev dekabrın 14-də Brüsseldə İspaniyanın "El Pais" qəzetinə müsahibəsində deyib.
Dövlət başçısının sözlərinə görə, eyni sözü bizim hava hücumundan müdafiə sistemi barədə demək olar:
"Bizdə İsrailin hava hücumundan müdafiə sistemi var, Rusiyanın hava hücumundan müdafiə sistemi var – S300. Bizim "BUK" tipli hava hücumundan müdafiə sistemimiz var. Beləliklə, bu hava hücumundan müdafiə sistemlərini birləşdirmək də həmçinin ciddi hədəf idi və hava hücumundan müdafiə sistemlərinin effektiv istifadəsi ilə biz özümüzü böyük faciədən qoruduq. Çünki Ermənistan bizə qarşı ballistik raketlər ataraq yuxuda olan şəhərləri dağıdırdı. 
Gəncə şəhəri bir neçə dəfə SCUD raketinin hücumuna məruz qaldı. Onlar yaşayış məntəqələrini dağıtmaq üçün hədəfə alırdılar. Onlar "İsgəndər-M" ballistik raketlərindən istifadə etdilər. Bu, sonuncu gün Şuşanı dağıtmaq üçün istifadə olunmuşdu. Bir dənə deyildi. Bu raketlərin çoxu bizim hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi. Beləliklə, hava hücumundan müdafiə sistemi, dronlar, artilleriya. Dronlar artilleriyaya hədəfi göstərirdi. Artıq sirr deyil ki, müharibənin ilk günlərində biz Ermənistanın hava hücumundan müdafiə sistemini aşkar etmək üçün kiçik, yüngül təyyarələrdən istifadə edirdik. Pilot tullanırdı və kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş kiçik təyyarə mövqelərə gedirdi, Ermənistanın hava hücumundan müdafiə sistemi bu lazımsız hədəfə hücum etməklə özünü aşkar edirdi. Sonra biz Ermənistanın hava hücumundan müdafiə sistemini məhv edirdik. Bu amillərin birləşməsi, üstəlik, ilk növbədə, öz həyatlarını qurban verən əsgər və zabitlərimizin motivasiyası və cəsarəti. 
Üç minə yaxın azərbaycanlı öz vətənləri uğrunda həlak oldu. Bütün bu amillər çox çətin coğrafi şəraitdə qələbədə həlledici rol oynadı. Çünki biz dağlara çıxmalı olurduq, elə şəraitdə ki, ermənilər demək olar, 30 il ərzində 6 istehkam xətti qurmuşdular, minalar basdırmışdılar. Yalnız müharibədən sonra bizdə demək olar ki, 200 nəfər minaya düşərək həlak olub və ya yaralanıb. Sözsüz ki, bütün bunlar bizim qələbəmiz üçün təməl yaratdı. Dronlara gəlincə, biz onları almağa davam edirik. Müharibə başa çatandan sonra biz yeni modifikasiyalar almaq üçün yeni müqavilələr imzaladıq və qeyd etdiyiniz kimi, eyni zamanda, biz qırıcı, kamikadze deyil, kəşfiyyat dronları istehsal edirik və bu dronlar bazara çıxarılır. Azərbaycan 30-dan çox ölkəyə öz hərbi məhsullarını ixrac edir və biz artıq əsas ehtiyaclarımızı ödəyən hərbi sənaye kompleksini inkişaf etdirmişik. Biz bunu davam etdiririk, çünki qeyd etdiyim kimi, hələ də erməni revanşizmi təhlükəsi var, hələ də sabitliyin pozulması təhlükəsi var. Beləliklə, biz hər zaman sərhədlərimizi müdafiə etməyə hazır olmalıyıq".

Siyasi       Tarix: 15 dekabr 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal


yeni xeberler azerbaycan xeberleri son xeberler valyuta mezennesi 2026 cəbhədən görüntülər xeber son xeberler bugun 2026 azerbaycan