Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdi

Prezident İlham Əliyev İrakli Kobaxidzeni təbrik etdiPrezident İlham Əliyev Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə təbrik məktubu göndərib.
KONKRET.az xəbər verir ki, məktubda bildirilir:
"Gürcüstanın Baş naziri Zati-aliləri cənab İrakli Kobaxidzeyə
Hörmətli cənab Baş nazir,
Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri və ölkənizin aparıcı siyasi qüvvəsi olan "Gürcü Arzusu – Demokratik Gürcüstan" partiyasının qələbəsi münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Bu səsvermə vasitəsilə Gürcüstan vətəndaşları inkişafa, sabitliyə və ənənəvi dəyərlərə öz dəstəyini ifadə etdilər. İnanıram ki, seçkilərin nəticələri Gürcüstanın hərtərəfli inkişafına və çiçəklənməsinə xidmət edəcəkdir.
Eyni zamanda, seçkilərin nəticələrinin tarixən dostluq, qardaşlıq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Gürcüstan dövlətlərarası əlaqələrinin davamlı inkişafına, Cənubi Qafqazda və daha geniş coğrafiyada ölkələrimizin mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamımı ifadə edirəm.
Siyasi dialoqumuzu davam etdirmək üçün Sizi münasib vaxtda Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Əminəm ki, ölkələrimizin və xalqlarımızın firavanlığı, regionumuzun rifahı və təhlükəsizliyi naminə strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı fəaliyyətimizin müvəffəqiyyətlə davam etdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə ən xoş arzularımı çatdırır, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"

Siyasi       Tarix: 27 oktyabr 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /


son xeberler azerbaycan xeberleri yeni xeberler meherremlik 2026 xeber saytlari xəbərlər.com metbuat xeberleri