Prezident İlham Əliyev Murad Kajlayevi təbrik edib
Prezident İlham Əliyev Murad Kajlayevi təbrik edib
Prezident İlham Əliyev SSRİ Xalq artisti Murad Kajlayevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli Murad Maqomedoviç.
90 illik yubileyiniz münasibətilə sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Sizin yaradıcılığınız sovet və Rusiya musiqi mədəniyyəti tarixində layiqli yer tutur. Çoxtərəfli və parlaq ideyalarla zəngin bir insan kimi siz müxtəlif janrlarda və üslublarda işləyərək artıq bu gün haqlı olaraq klassika hesab edilən əsərlər yaratmısınız. Siz uzun illər boyu yorulmadan təkcə bəstəkar və dirijor kimi deyil, həm də pedaqoq kimi çalışırsınız, bütün gücünüzü, dərin biliklərinizi və qiymətli təcrübənizi gənc nəslə verirsiniz.
Uşaqlıq və gənclik illərinizin keçdiyi, sənətin əsaslarını öyrəndiyiniz Azərbaycanda sizi sevir və yüksək qiymətləndirirlər. Sizə doğma olan Bakının səhnələrində keçirilmiş yaradıcılıq gecələri istedadınızın bütün pərəstişkarlarında böyük maraq doğurur, xüsusi səmimiliyi ilə fərqlənirdi. Siz Azərbaycan musiqisinin inkişafı və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında musiqi sənəti sahəsində əməkdaşlığın möhkəmlənməsi üzrə səmərəli fəaliyyətinizə görə Azərbaycan Respublikasının "Dostluq" ("Drujba") ordeni ilə təltif edilmisiniz.
Əziz Murad Maqomedoviç, sizi əlamətdar yubileyiniz münasibətilə bir daha təbrik edirəm, sizə möhkəm cansağlığı, firavanlıq diləyir, ən xoş arzularımı bildirirəm". /oxu.az
Xidmetler [newsid: 0-123300]

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına