Prezident İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxdı
Prezident İlham Əliyev Kəlbəcərdə uzunluğu 51 kilometr olan İstisu-Minkənd yolunun çəkilməsi işlərinə baxıb.
Dövlət başçısı yol haqqında məlumat verib:
"Bu, İstisu-Minkənd yoludur. Bu yol olmayıb, yenidən çəkilir, uzunluğu 51 kilometrdir. Kəlbəcərin İstisu qəsəbəsini Laçının Minkənd kəndi ilə birləşdirən yoldur. Bu, Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Hazırda bu yol boyunca işlər gedir, torpaq işləri başa çatıb. Bundan sonra asfalt qatı da vurulacaq. Beləliklə, biz növbəti yol infrastrukturunu yaradacağıq. Həm İstisuya Laçın Beynəlxalq Hava Limanından istifadə edərək gəlmək üçün rahat imkan olacaq, eyni zamanda, Kəlbəcərlə Laçın arasında ikinci yol bağlantısı olacaq. Bunun həm strateji, həm də hərbi əhəmiyyəti var. Eyni zamanda, vətəndaşların rahatlığı, İstisu kurortunu yenidən bərpa etmək, müasir səviyyəyə gətirmək üçün bu yolun böyük əhəmiyyəti var. Bu yol layihəsi də uğurla icra edilir. Xəritədə də artıq yaşayış məntəqələrindən keçən yol göstərilir".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi
Leyla Əliyeva Yevlaxda Cümə məscidinsə - FOTOLAR
Bank of Baku-dan növbəti aksiya: sahilyanı ərazilər təmizləndi
DÇ-2026: İspaniya və Portuqaliya 1/8 finalda
"Qarabağ" "Ferentsvaroş"dan futbolçu alır - Foto
Arman Abovyan: "Ermənistan "Qərbi Azərbaycan" layihəsinə xidmət edən surroqat quruma çevrilir"
Ermənistanda dövlət sirrini yayan polkovnik həbs olundu
Ermənistan bu dəmir yolunun bərpasına başladı
ABŞ Cənubi Qafqaza niyə hələ də səfir göndərmir? - İLGİNC SƏBƏBLƏR
Tanınmış musiqiçi qəzada həlak oldu - FOTO
Urmiyalı gözəl 75 yaşında öldürüldü
Göldən tapılan həkim şəhid qızı imiş - atası ilə eyni yaşda
Bakıda işdən qovulan sürücü mağazanı yandırdı
Ləman Ələşrəfqızını aldadan şəxs saxlanıldı
Hikmət Hacıyev professor Ceffri Saks ilə görüşdü – FOTO