Prezident: 'Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik
"Xoş gəlmisiniz Azərbaycana. Əminəm ki, sizin səfəriniz çox uğurlu olacaq. Şadam ki, siz böyük heyətlə Azərbaycana gəlmisiniz və əminəm ki, Bakıda keçirəcəyiniz görüşlər Koreya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edəcək".
Azxeber.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 19-da Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bizim ölkələrimizi dostluq əlaqələri birləşdirir və müstəqillik dövründə Koreya-Azərbaycan əlaqələri daim uğurla inkişaf etmişdir. Yüksəksəviyyəli qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir və siyasi əlaqələrimizin inkişafı üçün çox önəmli addımlar atılmışdır.
Eyni zamanda Koreya şirkətləri Azərbaycanda müxtəlif sahələrdə iştirak edirlər, müxtəlif layihələri həyata keçirirlər. Əlbəttə, əminəm ki, gələcəkdə iqtisadi-ticari əlaqələrimizin həcmi daha da artacaq. Biz Koreya şirkətlərini azad edilmiş torpaqlarda icra olunacaq layihələrə dəvət etmişik. Mən artıq dəfələrlə demişdim ki, bu layihələrdə Azərbaycan üçün dost olan ölkələrin şirkətləri iştirak edəcəklər. Görüləcək işlərin həcmi çox böyükdür. Biz 10 min kvadratkilometr ərazisi olan yerləri yenidən qurmalıyıq.
Əlbəttə ki, parlamentlərarası əlaqələrimizin inkişafı üçün yaxşı imkanlar var və siz bu gün Azərbaycan Milli Məclisində görüşlər keçirəcəksiniz. Əminəm ki, görüşlərin nəticələri çox müsbət olacaq və nəticə etibarilə əlaqələrimizin inkişafı istiqamətində növbəti uğurlu addım atılacaqdır. Bir daha xoş gəlmisiniz", - dövlət başçısı vurğulayıb.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı