Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
Prezident Nazirlər Kabinetinə yeni səlahiyyət verdi
"Baytarlıq haqqında qanuna" dəyişiklik edilib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2015-ci il 22 noyabr tarixli fərmanına dəyişikliyi nəzərdə tutan fərman imzalayıb.
Fərmanda bildirilir ki, "Baytarlıq haqqında" qanunun 39.5-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.
Həmin maddədə bildirilirdi ki, bu qanunun 39.2-ci maddəsində nəzərdə tutulmuş baytarlıq xidməti və nəzarəti tədbirlərinə ("Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Yeni fərmanla həmin orqan Nazirlər Kabineti olaraq müəyyən edilib.
Fərmanla, həmçinin, aşağıdakı məzmunda 2.2-2-ci bənd əlavə olunub:
"Həmin Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Dövlət Baytarlıq Xidməti həyata keçirirlər".
Nazirlər Kabineti "Baytarlıq haqqında" qanunun 39.5-ci maddəsinə uyğun olaraq, xidmət haqqının məbləğini üç ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var