Prezident: "Qarabağda yaşayan 25 min erməni də yenidənqurma işlərində yer ala bilər

Prezident: "Qarabağda yaşayan ermənilər bizim televiziyaları izləyir, radioları dinləyir, orada gedən işləri görürlər. Artıq bir neçə dəfə erməni xalqından olan şəxslərin Şuşadakı hərbi mövqelərimizə gələrək onların da bu işlərə cəlb edilməsini xahiş etmələri təsadüfi deyil".
Azxeber.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Anadolu" agentliyinə müsahibəsi zamanı bildirib.
"Onlar da orada işsiz qalıb. İşsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Ancaq bunun qanuni tərəfi tam olmalıdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız kimi qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dövründə, əvvəlki dövrdə də, işğal dövründə də bu belə idi.
Biz onları Azərbaycan vətəndaşı kimi görürük, sadəcə onlar bunu qəbul etməlidilər. Onlar bu erməni təbliğatından qurtulmalıdılar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini təmin etməlidilər. Biz onların da işlərə cəlbini təmin etməyə hazırıq. Niyə də etməyək? Biz gələcəyə strateji cəhətdən sülh prizmasından baxırıq. Çünki mən bir daha müharibə olmasını istəmirəm. Əgər Ermənistanda bizə qarşı hər hansı bir təhdid yarandığını görsək, o təhdidi məhv etməliyik. Bu, bizim qanuni haqqımızdır. Ancaq belə bir təhdid olmasa, bizim başqa bir düşüncəmiz yoxdur.
Qarabağda yaşayan 25 min erməni də tikinti, yenidənqurma işlərində yer ala bilər. Eyni zamanda gələcəkdə yaşadığı yerlərdə, kəndlərdə onlar üçün də imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz qabağındadır. Ağdam şəhərinin baş planı təsdiqləndi. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin də baş planları təsdiqlənəcək. Bu, bizim gücümüzü göstərir və biz ermənilərin Qarabağda yaşadığı kəndlərdə də bunu edə bilərik. Mən qələbədən sonra bölgələrə dəfələrlə səfərlər etdim. Orada ermənilərin yaşadığı kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə gətirdi.
İnsana yaraşmayan bir vəziyyətdir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşamaz. Onlar sökülməlidir. Bu cür rəzil vəziyyətdə 30 il yaşayan cəmiyyət xoş gün görmək istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün də bunun asan olmadığını anlamaq lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Lakin biz xoş niyyət nümayiş etdiririk və onların xoşbəxt və rifah içində bir gələcəyinin ancaq Azərbaycan dövlətinə bağlı olduğunu anlayacaqlarına ümid edirəm", - deyə dövlət başçısı qeyd edib.

Siyasi       Tarix: 27 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun sonxabar az beynelxalq bank mezenne enson xeberler