Prezident Quterreşin müavinini qəbul etdi - Fotolar

Prezident Quterreşin müavinini qəbul etdi - FotolarAzərbaycan Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.
azxeber.com xəbər verir ki, dövlət başçısı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının keçirilməsi ilə bağlı göstərdiyi dəstəyə görə BMT rəhbərliyinə minnətdarlığını bildirib, tədbirin uğurlu olması üçün Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının bir komanda kimi fəaliyyət göstərdiyini deyib.
WUF13-ün COP29-dan sonra iştirakçı sayına görə ölkəmizdə keçirilən ikinci mühüm qlobal tədbir olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev COP29 kimi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının da uğurla təşkil edildiyini vurğulayıb.
Dövlət başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı ilə səmərəli əməkdaşlıq həyata keçirdiyini deyərək, ölkəmizin gələcəkdə də bu Proqramla tərəfdaşlığını davam etdirəcəyini və Ümumdünya Şəhərsalma Forumunun digər sessiyalarının işində də fəal olacağını bildirib.
Amina Mohammed BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.
Salamlara görə minnətdarlığını bildirən Prezident İlham Əliyev onun da salamlarını Antonio Quterreşə çatdırmağı xahiş edib.
WUF13-ün uğurla keçdiyini deyən Amina Mohammed bununla bağlı dövlət başçısını təbrik edib. O, bu tədbirdə dünyanın müxtəlif ölkələrindən çox sayda yüksəksəviyyəli qonağın iştirak etməsinin dərin təəssürat hissi yaratdığını bildirib.
Amina Mohammed Bakıda müasir şəhərsalma qaydaları tətbiq olunmaqla tarixi irslə müasirliyin vəhdətinin təmin edildiyini məmnunluqla vurğulayıb və bildirib ki, bu, paytaxtımıza xüsusi gözəllik verir.
Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə postmünaqişə şəraitində həyata keçirdiyi bərpa və quruculuq işlərinin postmünaqişə vəziyyətindəki regionlar üçün bir nümunə olduğu bildirildi və bu xüsusda ölkəmizin təcrübəsinin BMT çərçivəsində digər ölkələrlə bölüşməsinin faydalı olacağı vurğulanıb.
Azərbaycanın "ASAN xidmət" modelinin BMT-nin dövlət xidmətləri mükafatına, həmçinin BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görüldüyü xatırlanıb, "ASAN xidmət"in uğurlu təcrübə kimi Afrika və Asiyanın müxtəlif ölkələrində tətbiq olunduğu qeyd edilib.
Söhbət zamanı Azərbaycanla BMT arasında uzun illərdir uğurlu əməkdaşlığın həyata keçirildiyi və ölkəmizin bu təşkilatın fəal üzvü olduğu, onun proqram və tədbirlərinin icrasına mühüm töhfələr verdiyi vurğulanıb. İndiyədək BMT-nin müxtəlif mövzulara aid beynəlxalq tədbirlərinin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla xatırlanıb.
Prezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - FotolarPrezident Quterreşin müavinini qəbul etdi - Fotolar

Siyasi       Tarix: 22 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri