Prezidentimiz MDB dövlət başçılarını yeni reallıqlar ilə tanış etdi

Prezidentimiz MDB dövlət başçılarını yeni reallıqlar ilə tanış etdiMöhtərəm Prezidentimiz cənab İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
Azərbaycan torpaqlarını Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində və qətiyyətli rəhbərliyi altında silahlı qüvvələrimiz Ermənistanın işğalından azad etməsi ilə həm BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilib, həm "Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi"nin tənzimlənməsi prosesində müzakirə edilən baza prinsipləri öz həllini tapıb, həm də Azərbaycan Respublikasının beynəlxalq müstəvidə tanınmış əraziləri üzərində suveren hüquqları bərpa edilib.
Bu isə cənab Prezidentin qeyd etdiyi kimi, münaqişənin başa çatması, regionda yeni reallıqların, yeni perspektivlərin yaranması deməkdir. "Dağlıq Qarabağ münaqişəsi" artıq keçmişdə qalıb. Biz isə gələcəyə baxırıq.
İkinci Qarabağ müharibəsi Ermənistan, Azərbaycan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla sona çatıb. Bu sənəd müharibəni dayandırmaqla yanaşı, Yerevanla Bakı arasında ciddi problemlərin həllinin təməlini də qoyub. Buraya bir zamanlar işğal altında olmuş ərazilərin (Ağdam, Kəlbəcər və Laçın) azad edilməsi, regionda bütün iqtisadi və nəqliyyat kommunikasiyaların açılması da daxildir. Bu Bəyanat münaqişəyə nöqtə qoymuş bir sənəddir.
"Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək" bu fikirləri möhtərəm Prezidentimiz cənab İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı deyib.
Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İran ilə dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
İranın işğal dövründə bu və ya digər formada Qarabağın talan edilməsində iştirak etməsinin rəsmi səviyyədə bəyan olunması müsbət haldır. İrana göstərildi ki, hamı rəsmi Tehranın əsil simasından xəbərdardır. 1993-cü ilin avqustunda Cəbrayıl və Füzuli rayonları işğal edildi. Ancaq bu rayonların İranla sərhəd olan Arazboyu əraziləri bizim nəzarətimizdə idi. Erməni işğalçıları iki ay sonra həmin əraziləri və Zəngilan rayonunu işğal edərək İranla olan sərhəddə çıxdılar. İranın razılığı olmasaydı Ermənistan Arazboyu əraziləri işğal etməyə cəsarət etməzdi. Bunun üçün sadəcə bir balaca o vaxt İranın etiraz etməsi lazım idi. O vaxt İran nəinki buna etiraz etdi, əksinə Ermənistanın hərbi texnikasının yanacaqla təmin olunmasına yardım etdi. İran tərəfi işğal edilmiş yaşayış məntəqələrinin talan edilməsində, nəzarətsiz qalan sərhədlərdən öz çirkin məqsədləri üçün istifadə edilməsində fəal iştirak etdi.
Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.
Naftalan şəhər sakini Elyar Cəfərov

Siyasi       Tarix: 19 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri cəbhədən son məlumat kriminal