Prezidentin fərmanı hansı sahibkarlara şamil edilməyəcək?
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən "Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası"nda yer alan dəstək tədbirlərinin kimlərə şamil olunmayacağı müəyyənləşib.
Azxeber.com xəbər verir ki, bu cür dəstək tədbirləri aşağıdakı sahibkarlara şamil edilmir:
1. müflis elan olunmuşlara, yaxud barələrində iflas proseduru başlanılmış, ləğv və ya dayandırılma mərhələsində olan sahibkarlara;
2. dövlət büdcəsinə vergilər, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və tibbi sığorta üzrə ödəmə vaxtı keçmiş borcları olanlara, dövlət dəstəyi göstərilməsi şərtlərini pozmaqla dövlət dəstəyi alanlara, yaxud büdcə vəsaitinin məqsədli təyinatını pozmaqla dövlət dəstəyindən istifadə edənlərə;
3. nizamnamə kapitalında dövlətin, qeyri-kommersiya təşkilatlarının, xeyriyyə fondlarının (əlillər təşkilatları istisna olmaqla) və digər fondların payı 25 faiz və ondan çox olan hüquqi şəxslərə, habelə Agentliyin işçilərinə və onların yaxın qohumlarına (ərinə (arvadına), valideynlərinə, o cümlədən ərinin, arvadının valideynlərinə, babalarına və nənələrinə, övladlarına, övladlığa götürənlərinə (götürülənlərinə), qardaşlarına və bacılarına);
4. sənaye məhəllələrinin, sərbəst zonaların, xüsusi iqtisadi zonaların, sənaye və ya texnologiyalar parklarının rezidentlərinə;
5. hasilatın pay bölgüsü haqqında sazişlərin iştirakçılarına, silah satışı və faydalı qazıntıların hasilatı ilə məşğul olanlara;
6. əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə.

Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR
Temperatur dəyişir, sağlamlıq risk altına düşür? – Terapevtdən XƏBƏRDARLIQ
Qızıl ucuzlaşdı - Yeni qiymətlər
"Qızıl top"un sahibi bəlli oldu
Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
İnfantinodan "Sabah" – "Qarabağ" oyunu ilə bağlı paylaşım – FOTOLAR