Prezidentin köməkçisi: COP29-da hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfi qərar verməlidir
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasında (COP29) hansı səviyyədə iştirakla bağlı Ermənistan tərəfinin özü qərar verməlidir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyanın bütün üzvlərinə COP29-da iştirakla bağlı dəvət göndərib:
"Bu, ev sahibi olaraq Azərbaycan Respublikasının öhdəliyidir. Azərbaycan iqlim dəyişikliyi ilə əlaqədar Konvensiyadan irəli gələn məsələlərin müzakirəsi üçün çox gözəl bir platformadır. Bütün tərəf dövlətlərə dəvət göndərilib. Təbii ki, tədbirdə hansı səviyyədə iştirakla bağlı qərarı bütün tərəf dövlətlər və Ermənistanın özü verməlidir".
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb