Prezidentin köməkçisi ermənilərin "fake" "suriyalı döyüşçü" yalanını ifşa etdi

Prezidentin köməkçisi ermənilərin "fake" "suriyalı döyüşçü" yalanını ifşa etdiPrezidentin köməkçisi ermənilərin "fake" "suriyalı döyüşçü" yalanını ifşa etdi
"Dünən Ermənistan rəsmi qurumlarının məlumatlarına istinadən bir sıra erməni informasiya resursları tərəfindən guya Azərbaycan Ordusunun sıralarında hərbi əməliyyatlara cəlb edilmiş, amma Ermənistan hərbçiləri tərəfindən saxlanılmış suriyalı "döyüşçü"nün ifadə verməsinə dair videokadr yayılıb".
Bunu mətbuata açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan tərəfi bir ay müddətində bu cür ucuz və qeyri-peşəkar formada hazırlanan səhnələşdirilmiş saxta videolar və məlumatlarla guya Azərbaycan tərəfdə muzdluların döyüşdüyünü isbat etməyə çalışır:
"Prezident İlham Əliyevin müxtəlif xarici KİV-lərə açıqlamalarında dəfələrlə qeyd etdiyi kimi, ölkəmizin ərazilərini uzun illər ərzində işğalda saxlamağa çalışan Ermənistanın bu iddialarının məqsədi Azərbaycan Silahlı Qüvvələrinin vətən torpaqlarını azad etmək istiqamətində uğurlu hərbi əməliyyatlarına kölgə salmaq, beynəlxalq terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində duran ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmağa yönəlib.
Təqdim olunan 1 dəqiqəlik videoda bir çox kadrlar dəfələrlə çəkilib, sonradan montaj edilib.
Dindirilən şəxsin səsinin linqvistik ekspertizası nəticəsində müəyyən edilib ki, o, Suriyada yaşayan kürdlərdəndir. Bu şəxs videonun 47-ci saniyəsində kürd dilində astaca söz deyir, sonra isə ərəb dilinə keçir. Bu fakt həmin şəxsin PKK üzvü ola biləcəyi ehtimalını deməyə əsas verir.
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır. Bu şəxs əvvəlcədən əzbərlədiyi və ya suflyor vasitəsilə təqdim olunan mətni oxumaqda çətinlik çəkir.
Sorğuda iştirak edən və ərəbcə danışan ikinci şəxsin isə ərəb olmadığı, Suriya ermənisi olduğu güman edilir.
Bu şəxs AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdədir. Ermənistanın müdafiə naziri Tonoyanın bu günlərdə döyüş əməliyyatları zonasında erməni hərbi qulluqçularla çəkdirdiyi şəkildə içərisində AR Dövlət Sərhəd Xidmətinin hərbi formasına bənzər geyimdə olan iki nəfər diqqətdən qaçmayıb. Sonradan Ermənistan Müdafiə Nazirliyi qeyd olunan fotonu silib.
Azərbaycanın dövlət orqanlarında Ermənistan hərbi birləşmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edən əcnəbilərin və muzdluların, o cümlədən, Suriyadan gətirilmiş terror təşkilatları fəallarının olması barədə təkzibedilməz sübutlar və əməliyyat məlumatları mövcuddur.
Ermənistanın Müdafiə Nazirliyi və digər rəsmi orqanlarının bu kimi saxta səhnəciklər hazırlamaqla məşğul olmaqdansa məğlubiyyətləri barədə erməni ictimaiyyətinə dolğun məlumat vermələri daha faydalı olardı". /oxu.az

Siyasi       Tarix: 31 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


son xeberler yeni xeberler azerbaycan xeberleri maliyye xeberler bugun son xeberler bugun son xeber 2026