Prezidentin köməkçisi Hikmət Hacıyev CNN TÜRK-ə danışdı: "Ermənistanla sülhü möhkəmləndirəcəyik"

Prezidentin köməkçisi Hikmət Hacıyev CNN TÜRK-ə danışdı: "Bu ilin sonuna qədər barış anlaşmasının imzalanıb-imzalanmayacağı, yaxud prosesin 2026-cı ilə qədər uzanacağı əsasən Ermenistanın konstitusiyasının dəyişdirilməsindən və ya yeni bir konstitusiyanın qəbulundan asılı olacaq. Bu dəyişikliklər baş verdikdən sonra düşünürük ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi bir maneə qalmayacaq."
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha Forumu sonrası "CNN Türk" televiziyasına verdiyi açıqlamada bildirib.
Hikmət Hacıyev qeyd edib ki, hazırda reallıq ondan ibarətdir ki, faktiki olaraq Azərbaycan və Ermənistan arasında sülh mövcuddur. Bəzən belə olur ki, dövlətlər arasında kağız üzərində sülh müqaviləsi olur, lakin real vəziyyətdə sülh təmin edilmir. Amma bu gün biz sözün əsl mənasında iki ölkə arasında sülhün mövcud olduğunu görürük və bu prosesin daha da möhkəmləndirilməsi istiqamətində addımlar atmağa davam edirik.
Prezidentin köməkçisinin sözlərinə görə, hazırkı gündəmdə duran ən mühüm məsələlərdən biri Zəngəzur dəhlizidir: "Fikrimiz budur ki, xüsusilə qardaş Türkiyə və Azərbaycanın dövlət başçılarının liderliyi ilə Zəngəzur dəhlizini mümkün qədər tez bir zamanda işə salaq. Bu istiqamətdə — yəni Bakıdan Zəngilana qədər uzanan həm dəmir yolu, həm də avtomobil yolu xətlərinin tikintisi artıq son mərhələdədir. Bu işlərdə Türkiyə şirkətləri də aktiv şəkildə iştirak edir. İnşallah, 2026-cı ilin ortalarına qədər layihənin Azərbaycan hissəsi tam başa çatdırılacaq."
Hikmət Hacıyev qeyd edib ki, layihənin ikinci hissəsi — adətən "Ermənistan seqmenti" və ya "Mərkəzi dəhliz hissəsi" adlandırılan bölüm Ermənistan ərazisindən keçir. Hazırda bu istiqamətdə ABŞ ilə Ermənistan birgə işləyirlər və biz onların qərarlarını gözləyirik: "Ümid edirik ki, orada da yaxın müddətdə praktiki işlərə başlanacaq. Üçüncü seqment Naxçıvan hissəsidir. Naxçıvan ərazisində ümumilikdə 188 kilometr uzunluğunda dəmir yolu və avtomobil yolu mövcuddur. Lakin bu xətlərin bərpası, yenidən qurulması və daha modern şəkildə inkişaf etdirilməsi üçün müəyyən ehtiyaclar var".

Siyasi       Tarix: 08 dekabr 2025
f Paylaş

Oxşar xəbərlər

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes sonxeber bu gunun xeberleri haqqinda melumat son xəbər