Prezidentin xüsusi nümayəndəsi: Zəngəzur Dəhlizinin icrası davam edir
Zəngəzur Dəhlizinin icrası davam edir.
Bunu WUF13 çərçivəsində keçirilən "Urbisiddən Dirçəlişə: Azərbaycanın Azad Olunmuş Ərazilərində Dayanıqlı Yenidənqurma, Yenidən Məskunlaşma və İnkişaf" adlı tədbirdə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
O bildirib ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına imkan yaradacaq və Azərbaycanın yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.
Vahid Hacıyev qeyd edib ki, avtomobil yolunun bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir. Eyni zamanda, dəmir yolu xəttinin inşası da sona yaxınlaşır.
Bundan əlavə, Araz çayı üzərində Zəngilanı İranla birləşdirən avtomobil körpüsü də regional nəqliyyat və logistika inteqrasiyasının mühüm elementinə çevrilir.
APA / azxeber.com

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK