Prezidentlə xanımı Dünya Köçəri Oyunlarının açılış mərasimində
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər.
azxeber.com xəbər verir ki, Dünya Köçəri Oyunlarının əsas məqsədlərindən biri əsrlər boyu müxtəlif xalqları birləşdirən dostluq, birlik və qarşılıqlı hörmət kimi dəyərləri təbliğ etməkdir. Bu tədbir köçəri sivilizasiyasının irsinin, mədəniyyətinin, qədim ənənələrinin və milli dəyərlərinin nümayiş etdirilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilir. Dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirəcək bu Oyunlar çərçivəsində köçəri xalqların tarixən formalaşdırdıqları ənənəvi qədim idman növləri, o cümlədən atçılıq, güləş, oxatma və digərləri üzrə yarışlar təşkil ediləcək.
Sentyabrın 6-dək davam edəcək tədbir çərçivəsində iştirakçı ölkələrin mədəni irsi və milli adət-ənənələri də təqdim olunacaq.

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun