Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİR

Prezidentliyə namizəd olmaq istəyən digər 8 nəfər KİMLƏRDİRXəbər verdiyimiz kimi, prezident seçkilərində namizəd kimi iştirak etmək üçün 7 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq edilib. Bunlar Prezident İlham Əliyev, deputatlar Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, partiya sədri Elşad Musayev və QHT rəhbəri Fuad Əliyevdir. 
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov daha 8 nəfərin namizədliyinin irəli sürülməsi məsələsinə baxılacağını bildirib.
KONKRET.az xəbər verir ki, Modern.az namizədliyini irəli sürmək istəyən şəxslər barədə məlumatları təqdim edir:
– Sərvan Kərimov – 65 yaşındadır, Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndində anadan olub. Elmi fəaliyyətlə məşğul olur.
– Mətləb Mütəllimli – 74 yaşındadır, fəaliyyətini dayandıran Sosial Ədalət Partiyasının sədri idi. O, həmçinin Milli Məclisin I çağırış və Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, həmçinin Azərbaycan Respublikasının baş prokurorunun birinci müavini olub.
– Abutalıb Səmədov – 62 yaşlı siyasətçi fəaliyyətini dayandıran Azərbaycan Naminə Alyans Partiyasının sədri olub. O, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), vəzifəsində çalışıb və Milli Məclisin II çağırış deputatı (1994–2023) seçilib.
– Fikrət Yusifov – 66 yaşındadır, ixtisasca iqtisadçıdır. Maliyyə naziri (1994-1999) vəzifəsində çalışıb, hazırda "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədridir.
– Yusif Bağırzadə – 62 yaşlı siyasətçi əvvəllər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri olub. Milli Məclisin I çağırış deputatı, Mərkəzi Seçki Komissiyasının üzvü (2003–2006) seçilib. 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində namizədliyi qeydə alınıb və hazırkı prezidenti İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb.
– Arzuman Abdulkərimov – O, daha əvvəl Müsavat başqanı İsa Qəmbərin mühafizəçisi olub, sonra Fəzail Ağamalının rəhbərlik etdiyi Ana Vətən Partiyasında sədr müavini olub.
Hazırda QHT sədri kimi fəaliyyət göstərir.
– Yunus Oğuz – Hazırda "Olaylar" qəzetinin baş redaktoru olan Yunus Oğuz 63 yaşındadır. O, əvvəllər Milli Vəhdət Partiyasının sədri (2000-2023), Vəhdət Partiyası sədrinin sabiq birinci müavini (1998-2000), Xalq Azadlıq Partiyasının sədri olub.
– Qulamhüseyn Əlibəyli – Milli Məclisin I və II çağırış üzvü, Aydınlar Partiyasının sədri (2008-2023) olub. 65 yaşlı siyasətçi əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyasında təmsil olunub.

Siyasi       Tarix: 25 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından


azerbaycan xeberleri son xeberler yeni xeberler xabar az sou biznes xeberler bu gun cəbhədən xəbər