Primakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıb

Primakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıbPrimakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıb"
Oktyabrın 29-da Rusiyanın ictimai-siyasi xadimi Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi keçirilib.
Bu, Azərbaycan ictimaiyyətində narazılıqla qarşılanıb. Etirazın mahiyyəti isə yaxın tarixin unudulmaması və Y.Primakovun Azərbaycan xalqının yaddaşında buraxdığı izlə bağlıdır.
Y.Primakov Azərbaycan ictimai-siyasi dairələrində birmənalı qarşılanmır, o, daha çox mənfi obrazlı şəxs kimi yaddaşlarda qalıb.
Primakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıbSərgi Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində keçirilib. Sərgidə Rusiya Xarici İşlər Nazirliyinin arxivindən sənədlər və fotoşəkillər təqdim olunub.
Sərgi "Yevgeni Primakov: İnsan və siyasətçi" adı ilə təqdim edilib.
Y.Primakov Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), Xarici İşlər naziri (1996-1998) və Baş nazir (1998-1999) işləyib. O, 2015-ci ildə vəfat edib.
Y.Primakov 1990-cı ilin 20 Yanvarında Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ Müdafiə naziri Dmitri Yazovla birgə həyata keçirən şəxsdir.
Primakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıbAzərbaycan ictimaiyyətində əsas narazılıq yaradan da Y.Primakovun 20 Yanvar qırğınının əsas təşkilatçılarından biri olmasıdır. Y.Primakov 1990-cı ilin yanvarında Kremlin Azərbaycanda nümayəndəsi idi.
Sərgidən bir neçə gün öncə isə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Y.Primakovun 90 illik yubileyi və onun XX-XXI əsrin qovuşuğunda beynəlxalq münasibətlərdə rolu ilə bağlı esse müsabiqəsi keçirilib.
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov oktyabrın 15-də esse müsabiqəsinin qalibi olmuş tələbələri – Aygül Mirzoyeva, Ruzana Əliyeva, Sarana Bədəlova, Kəmalə Qasımova və Aliyə Mamalovanı qəbul edib.
Həmin tələbələr Bakı Slavyan Universitetinin beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültələrində təhsil alırlar.
Görüşdə universitetin elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov, beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin dekanı, dosent Şirinbəy Əliyev də iştirak ediblər. Aygül Mirzoyeva esse müsabiqəsində birinci yerə layiq görülüb.
Bakı Slavyan Universitetinin də Primakova "qucaq açması" hiddət doğurub.
Primakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıbPrimakovla bağlı sərgi hiddət doğurdu - Bakı Slavyan Universiteti də ona "qucaq açıbAqşin Kərimov

Sosial       Tarix: 31 oktyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son vəziyyət axsam az xeberler maliyye xeberler bugun qurban bayrami 2026