Prinsipial mövqe təmin olundu: Separatçılar Laçın və Ağdam-Xankəndi yollarından istifadəni qəbul etdilər
Qarabağdakı separatçılar Rusiya sülhməramlılarının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) humanitar yüklərin Laçın və Ağdam-Xankəndi yolları ilə paralel daşınması təklifini qəbul etməyə razılaşıblar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Məlumata görə, yüklər BQXK-nın nəqliyyatı ilə daşınacaq.
Maraqlı məqam bundan ibarətdir ki, bu barədə razılaşma hələ sentyabr ayının 1-də əldə olunmuşdu. Lakin Qarabağdakı separatçı rejim öz havadarlarına arxalanaraq, bu razılaşmanın həyata keçirilməsini gecikdirdi. Qondarma rejim müxtəlif vasitələrə əl ataraq, şoular göstərərək yüklərin keçidini 16 gün yubatdı.
Amma separatçıların və onların havadarı qismində çıxış edən güclərin, siyasi dairələrin istəklərinin əleyhinə olaraq, yalnız və yalnız Azərbaycanın prinsipial mövqeyi, milli marağı qəbul edildi. Qarabağdakı separatçılardan alət kimi istifadə edərək regionda öz maraqlarını təmin etməyə çalışan ABŞ kimi dövlətlər, Qərb siyasi dairələri görəsən indi heç xəcalət çəkirlərmi?//oxu.az / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ