"Problem nə torpaqda, nə suda, nə də kənd təsərrüfatında deyil, bu sektordakı idarəetmədədir" - ÖZƏL

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı bir çox işlər görülüb. Belə ki, müxtəlif istehsal sahələri yaradılıb, zavod və fabriklər tikilərək istifadəyə verilib. Eyni zamanda kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsi üçün sahibkarlara müəyyən subsidiyaların verilməsi təmin olunub. Lakin bu gün neft sektoruna alternativ kimi inkişaf etdirilməsi vacib hesab edilən ən perspektivli sahə kənd təsərrüfatı olsa da, burada vəziyyət heç də ürəkaçan deyil.
Qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatına yararsız olan şoran torpaqların yararlı sahələrə çevrilməsi üçün lazımı addımlar atılmır. Bunun üçün böyük vəsait tələb olunmasa da, aidiyyatı strukturlar məsələyə biganə yanaşmaqda davam edirlər. Məsələn yararsız torpağı bol gübrə və peyin vasitəsi ilə istifadəyə yararlı vəziyyətə gətirmək mümükün olsa da, bu istiqamətdə demək olar ki, heç bir iş görülmür. Nəticədə isə yararlı torpaqların sayı azalır.
Mövzu ilə bağlı KONKRET.az–a açıqlama verən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, torpaqlar iki kateqoriyaya bölünür: "Biri var kənd təsərrüfatına, biri də var əkinə yararlı torpaq sahələri. Kənd təsərrüfatına yararlı torpaq dedikdə burada örüş əraziləri də nəzərdə tutulur. Kənd təsərrüfatına yararlı torpaqlar təxminən 4,7 milyon hektardır. Bunun əkinə yararlı hissəsi isə 2 milyon hektar təşkil edir. Əslində bizim əkin aparmaq üçün kifayət qədər torpaq ərazimiz var. Bu ərazidən səmərəli istifadə etsək, biz özümüzün bütün kənd təsərrüfatı məhsullarına olan tələbatımızı tam ödəyə bilərik. Hətta bu məhsullardan bir az da ixrac etmək mümkündür. Amma məsələ burasındadır ki, biz əkinə yararlı torpaqlardan da səmərəli istifadə edə bilmirik. Bu torpaqlar son zamanlar deqradasiyaya məruz qalıb və suvarma qaydasında aparılmır.
Torpaqların münbitləşdirilməsi istiqamətində lazımı tədbirlər həyata keçirilmir. Yəni torpağa barbar kimi bir yanaşma var. Ona görə də ölkədə tədricən məhsuldarlığın aşağı düşdüyünü görürük. Bütün bu işlərin həyata keçirilməməsinin isə bir çox səbəbləri mövcuddur. Birincisi, Kənd Təsərrüfatı Nazirliyi hələ öz siyasətini müəyyən edə bilməyib. Bunun üçün dövlət proqramı hazırlanmalı və hökumətlə razılaşdırılmalıdır. Burada Meliorasiya və Su Təsərrüfatı ASC-nin hansı işləri görməli olduğu müəyyənləşməlidir. Daha sonra Maliyyə Nazirliyinin bu istiqamətdə nə qədər maliyyə resursu ayırmalı olduğu müəyyənləşməli, İqtisadiyyat Nazirliyinin hansı işləri görməli olduğu aydınlaşmalıdır. Bir çox nazirliklər var ki, onlar da bu dövlət proqramının hazırlanmasında və həyata keçirilməsində müəyyən işlər görməlidirlər. Amma bunların hazırladıqları dövlət proqramları söz yığınından başqa bir şey deyil".
Vahid Məhərrəmov əlavə edib ki, torpağın keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulmursa, o zaman bitkiçiliyi inkişaf etdirmək mümkün deyil: "Suvarma sisteminin yaxşılaşdırılması, suya olan tələbatın ödənilməsi nəzərdə tutulmursa, o zaman bitkiçiliyin inkişafından danışmaq olmaz. Ekologiya ilə bağlı tədbirlər həyata kçirilməyəcəksə, kənd təsərrüfatı sahəsini inkişaf etdirmək çətin olacaq. Məsələyə kompleks yanaşma olmalıdır. Amma kənd təsərrüfatına qeyri-peşəkarlar cəlb edilib. Bu şəxslərin arasında bir nəfər də olsun sahəni bilən mütəxəssis görmürəm. Kənd Təsərrüfatı Nazirliyi və onun nəzdində yaradılan Aqrar Tədqiqatlar Mərkəzində bir nəfər də olsun bu sahədən xəbəri olan adam yoxdur.
Sözdə hər şey yaxşıdır desələr də, heç bir əməli nəticə görünmür. Nəticədə isə idxaldan asılılıq artır. Nəticə əldə etmək üçün ilk növbədə torpağın keyfiyyəti yaxşılaşdırılmalı, suvarma suyuna olan tələbatın ödənilməsi ilə bağlı addımlar atılmalı, istehsal vasitələrinin bir qisminin ökə daxilində istehsalı təmin edilməli, Azərbaycana gətirilən mineral gübrələrin keyfiyyətinə xüsusi önəm verilməlidir. Əgər keyfiyyəti aşağı olan gübrədən istifadə etsək, o zaman torpağın deqradasiyaya uğramasına şərait yaratmış olarıq. Əgər sahəyə qeyri-peşəkarlar cəlb olunursa, sözügedən sektorda vəziyyət bu cür olacaq. Kənd təsərrüfatı sahəsində demək olar ki, sistemsizlik hökm sürür".
Ekspertin sözlərinə görə, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri  təyin olunan Zaur Mikayılov insan kimi yaxşı ola bilər. Amma yaxşı insan hələ yaxşı peşəkardır demək deyil. Zaur Mikayılov bu sahədən bixəbər adamdır: "Bundan əvvəlki sədr o sahənin peşəkarı idi. Amma problemləri həll edə bilmədi. Çünki bu sahəyə ayrılan pulların çox hissəsi mənimsənilir. Bu gün iqlim dəyişikliyi baş verir. Dağlara əvvəlki qədər qar yağmır. Yağan qarın qısa bir müddətdə əriyib tükəndiyini müşahidə edirik. Əvvəllər dağlarda qar yağardı və buz bağlayardı. Onun suyu isə təxminən avqust ayına kimi bizə kifayət edərdi. İndi isə iyul ayının əvvəllərində suyun tükəndiyini görürük. İndi qarın əvəzinə intensiv yağışlar yağır. Ona görə də, bu yağış sularını rezervuarlara və su anbarlarına yığmaq lazımdır. Amma iki ilə yaxındır Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri təyin olunan Zaur Mikayılov və onun komandası hər dəfə quraqlıq olduğunu bəhanə gətirir. Azərbaycanda tarixən quraqlıq olub. Amma suvarma suyuna olan tələbatı təşkil etmək lazımdır.
Azərbaycanın su resursu tələbatdan 7-8 dəfə çoxdur. Tələbat 3,5-4 milyard kub metrdir. Amma su ehtiyatları 21-30 milyard kub metrə yaxındır. Belə olan halda niyə o sudan səmərəli istifadə olunmur? Çünki  bizdə su itkiyə gedir. Yəni problem nə torpaqda, nə suda, nə də kənd təsərrüfatında deyil. Problem bu sektordakı idarəetmədədir. Aqrar Tədqiqatlar Mərkəzinə rəhbər gətirilən şəxsin bu sahədən heç bir anlayışı yoxdur. Boş-boş işlərlə məşğul olmaq əvəzinə bazarın axtarışında olmalı və tədqiqat işləri aparmalıdırlar. Amma bu kimi işlərin həyata keçirilməsi istiqamətində tapşırığı qeyri-peşəkar nazir və onun müavinləri verir. Nazirlikdə yüksək vəzifələrdə aqronomlar, baytarlar, zootexnikər, Kənd Təsərrüfat İnstitutunu bitirən iqtisadçılar işləməlidir. Amma biz bunun əksini görürük. Ona görə də torpaqların deqradasiya prosesi sürətlə gedir, əkinə yararlı torpaqlarda və örüş sahələrində problemlər çoxalır".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Sosial       Tarix: 15 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun hava durumu krimnal bugun xeberler bu qun