Problemlərin fonunda məzuniyyət yada düşmür' - Deputatlar istirahət etməyəcəklərini deyir

Azərbaycan parlamentinin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.
"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilir.
Bəs millət vəkilləri məzuniyyət günlərini harada və necə keçirir?
Bir neçə deputat mövzu ilə bağlı Azxeber.com-un sualını cavablandırıb.
Millət vəkili Razi Nurullayev bildirib ki, məzuniyyət günləri olsa da, o yenə də iş başındadır:
Problemlərin fonunda məzuniyyət yada düşmür' - Deputatlar istirahət etməyəcəklərini deyir"Məni sosial şəbəkələrdə izləyənlər də bilir ki, mən görüşlər keçirirəm, indi də vacib bir görüş keçirirəm. Dünən də Fransa səfiri ilə görüşmüşəm, ondan öncə də Bolqarıstan səfiri ilə görüşmüşəm. Bu gün isə Koreya səfiri ilə görüşəcəm. Bundan başqa, şəhid ailələrini qəbul edirəm, bu gün də qəbul edəcəm. Yənin inanın ki, mənim o barədə düşünməyə heç vaxtım da olmayıb. Hətta harasa getsəm belə, mənim yenə də telefonum da açıqdır, çünki işlər çoxdur, onlarla məşğul olmalıyam. Bu işləri bir-iki həftə buraxsaq, sonra onun altından çıxmaq olmaz. İstirahət edə-edə də işləmək olar, işləyə-işləyə də istirahət etmək olar".
Deputat Bəhruz Məhərrəmov isə bildirib ki, deputatın məzuniyyəti əslində formaldır:
Problemlərin fonunda məzuniyyət yada düşmür' - Deputatlar istirahət etməyəcəklərini deyir"Deputatın məzuniyyəti əslində formaldır. Sadəcə, rəsmi məzuniyyət dövründə plenar və komitə iclaslarımız olmur. 
Araşdırsanız, əksər deputatlar iş başındadır. Şəxsən mənim özümə gəlincə, həm seçicilərdən mütəmadi müraciətlər olur, bu istiqamətdə iş çoxdur, həmçinin, hökumət strukturları ilə müzakirə etməli xeyli məsələlərimiz var. 
Bilirsiniz ki, Biləsuvar rayonunu təmsil edirəm, hazırda rayonda kəndlərimiz var ki, kənddə içməyə bir qurtum su tapmır, bütün kanallar quruyub. Camaat suyu maşınla başqa ərazilərdən gətirir. Pambıq sahələrimizdə susuzluqdan torpaqda 10-15 sm çatlar yaranıb, bəzi fermerlərimiz var ki, müflis olmaq ərəfəsindədir. Belə problemlərin fonunda açığı məzuniyyət yada düşmür. Düzdür, bu məsələlər deputat səlahiyyətinə aid məsələlər deyil, amma ən azından gündəmdə və diqqətdə saxlamağı özümə borc bilirəm. 
Bu mənada hələlik istirahət barədə fikirləşmirəm, köməkçilərimi isə növbəli şəkildə məzuniyyətə buraxacağam".
Deputat Fazil Mustafa Azxeber.com-a açıqlamasında deyib ki, məzuniyyət günlərdə xaricə getmək fikri yoxdur:
Problemlərin fonunda məzuniyyət yada düşmür' - Deputatlar istirahət etməyəcəklərini deyir"Mən daha çox kitab çalışmaları üzərində işləyirəm. Məşğuliyyətimi daha çox bu cür keçirirəm. Bundan başqa idman edirəm, basketbol ilə məşğul oluram. Ona görə də hələ ki, Bakıdayam. Bəzən ola bilər ki, rayonlara da gedim, amma xaricə getmək fikrim yoxdur".
Aydın Nuri

Sosial       Tarix: 16 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun