Professora qarşı dələduzluqda ittiham olunan iki nəfər HƏBS EDİLDİ

Professora qarşı dələduzluqda ittiham olunan iki nəfər HƏBS EDİLDİAMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan, məhkəmə proseslərindən yayınan şəxslər həbs edilib.
Azxeber.com APA-ya istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı bir müddət əvvəl dayandırılıb.
Buna səbəb ev dustaqlığında olan Q. Muxtarov və S. Abuşovun sonuncu məhkəmə iclaslarına gəlmədikləri üçün onların barəsində həbs qərarı verilməsi və icraat dayandırılmaqla axtarışa verilməsi olub.
Hazırda hər iki şəxs tutularaq istintaqa təhvil verilib və onlar barəsində olan cinayət işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T. Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S .Əliyev tanınıb.
Sahil Abuşov isə əvvəlki məhkəmə iclaslarda onlara sələm verən şəxsin Tağı Əhmədov olduğunu təsdiqləyib: "Biz mərmər biznesi ilə məşğul olurduq. İşləri görmək üçün pulu Səadət müəllim verirdi, o da pulları Tağı Əhmədovdan sələmə götürürdü. Tağı müəllim ona aylıq 1,5-2 faizlə pul verirdi. Üç dəfə ondan pul götürmüşük. Pulları Yasamalda YAP-ın binasının yanında aldıq. Səadət və Soltan içəri girib pulları götürürdü, sonra çıxıb bizə verirdilər".
Məhkəmə istintaqından qaçan digər şəxs Qulu Muxtarov isə vaxtilə Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin mühafizəçisi olub.
O, ifadəsində Tağı Əhmədova 1 milyon dəyərində yaqut daşını girov verdiklərini deyib: "Daş dostumun idi. Səadət təklif elədi ki, daşı girov qoyub sələmə pul götürək. Arada mənim də xeyrim olacaqdı. Daşın pulunu isə bir müddət sonra alverdən gələn qazancdan verəcəkdilər. Daşa görə cəmi 350 min manat pul ödəyiblər".

Sosial       Tarix: 22 yanvar 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son məlumat ən son xeberler krimnal bugun en son xeberler bu gun