"Proses bizi müharibəyə aparır" - Oskanyan

Uzun müddət Ermənistan xarici siyasətinə rəhbərlik edən Vardan Oskanyan özünün Facebook səhifəsində ara-sıra yazdığı statuslarla bəzi məsələləri gündəmə gətirməyə çalışır. Bir müddət əvvəl Paşinyandan xüsusi səlahiyyət tələb edən keçmiş xarici işlər naziri özünü "çox böyük diplomat" hesab edir. Oskanyana görə əgər ona xüsusi səlahiyyət verilsə, yeni qitələr kəşf edəcək və həmin qitələri də Ermənistanın bir vilayəti elan edəcək. Özünü daha ağıllı hesab edən Oskanyan yeni səlahiyyətlər alacağı təqdirdə danışıqlar prosesinin ruhunu dəyişəcəyini deyir. Neçə il bir ölkənin XİN-ə rəhbərlik edən bir adamın belə sərsəm açıqlaması bu millətin nə qədər xəstə təfəkkürə malik olmasının göstəricisidir.
Həmin Oskanyan indi də BMT TŞ-dəki növbədənkənar iclasdan danışıb. Bu dəfə Facebookun imkanlarından istifadə edən "ağıllı diplomat" bildirib ki, iclasdan əvvəl erməni xalqı guya nikbin imiş və iclasın sonunu böyük ümidlərlə gözləyirmiş. Amma sonda bütün ermənilər məyus olub:
"Heç bir qətnamə və ya bəyanat qəbul edilmədi. Nə vaxtsa Azərbaycanı Laçın yolunu açmağa vadar edən qətnamənin olub-olmayacağı sual altındadır. Onun reallığa çevrilməsi ehtimalı yalnız Ermənistan hakimiyyətinin mövqeyindən, yaxud istefasından asılıdır. Məsələn, xarici işlər naziri Təhlükəsizlik Şurasının iclasında ən azı aşağıdakıları deməliydi ki, Azərbaycan Ermənistan tərəfinin xoşməramlılığından sui-istifadə edir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı 6 oktyabr 2022-ci il tarixli Praqa bəyanatında yer alan ifadə Ermənistanın Azərbaycanla danışıqlar prosesində əlverişli şərait yaratmaq cəhdindən başqa bir şey deyildi. Ancaq məlum olduğu kimi, diplomatiyada hər şey razılaşdırılmayana qədər heç nə razılaşdırılmır".
Deməli, Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı keçmiş xarici işlər nazirinin ürəyincə deyil. Onsuz da Paşinyanın bu bəyanatı siyasi manipulyasiyadır və özünü dünya ictimaiyyətinə sülhpərvər siyasətçi kimi təqdim etməsi imitasiyadan başqa bir şey deyil. Əməldə tamam fərqli mövqe tutan Ermənistan baş nazirinin bu siyasətinin arxasında dayanan qüvvələr həm də onu koordinasiya edir. Siyasi şantaj yolu seçən Ermənistan bütün istiqamətlərdə bu mövqeyindən əl çəkmir və yeni-yeni təxribatlar hazırlayır. Sərhəddə topladıqları TIR-lar və yaratdıqları siyasi şou da xüsusi planın tərkib hissəsidir. Ermənistanın BMT TŞ-yə şikayətinin kökündə də məhz "humanitar fəlakət" şousu dayanırdı. Oskanyan isə hesab edir ki, Ermənistan bütün fürsətləri itirib:
"Hələ razılaşmalı çox şey var. Təbii ki, hadisələri geri qaytara bilmərik. Bu gün müharibəyə aparan təhlükəli danışıqlar sülh gündəliyini dəyişdirməyin mümkün yollarından biri olaraq qalır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 18 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli qarabag ən son xəbər