"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim keçirilib.
"Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"in sponsorluğu ilə keçirilən təlimdə Marsol Group partnyorları ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən peşəkarlar və idarəetmə sahəsinin nümayəndələri iştirak ediblər.
Beynəlxalq Protokol Mütəxəssisi İhsan Ataöv tərəfindən aparılan təlimdə iştirakçılara korporativ mühitdə peşəkar təmsilçilik, protokol və etiket qaydaları ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub. 6 il Türkiyə Prezident Administrasiyasında protokol təcrübəsinə malik olan İhsan Ataöv 40-dan çox ölkədə rəsmi protokol fəaliyyətində iştirak edib, 100-dən çox beynəlxalq səfərdə və 75 vilayətdə dövlət səviyyəli tədbirlərin təşkilində birbaşa rol alıb.
Təlimin mühüm hissələrindən biri də iştirakçılar arasında netvörkinq imkanlarının yaradılması olub. Təlim iştirakçıları və Marsol Group partnyorları arasında yeni tanışlıqların qurulması, peşəkar əlaqələrin genişləndirilməsi və müxtəlif sahələr üzrə fikir mübadiləsinin aparılması üçün əlverişli mühit formalaşıb.
Təlimin sonunda iştirakçılar korporativ etiket, protokol idarəçiliyi və peşəkar təmsilçilik sahəsində əldə etdikləri bilikləri iş həyatında tətbiq edə bilmək üçün praktiki yanaşmalar və metodlarla tanış olublar.
Marsol Academy tərəfindən təşkil olunan bu kimi təlimlər peşəkar inkişafı dəstəkləməklə yanaşı, iştirakçılar arasında yeni işgüzar əlaqələrin qurulmasına və biznes mühitində qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 07 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler