Psixi sağlamliq və koronavirus antipandemiyasi

Psixi sağlamliq və koronavirus antipandemiyasiKoronavirus pandemiyasının sürətlə yayıldığı bir dönəmdə insanların xüsusi diqqət yetirməli olduğu məsələlərdən biri də psixogigiyena məsələsidir. Əksər hallarda çoxumuz bədən sağlamlığının gigiyenasından danışırıq, amma psixi sağlamlığın qorunması məsələsinə o qədər də əhəmiyyət vermirik. Bu meyili üzləşdiyimiz pandemiyadan qorunmaqla bağlı KİV və sosial şəbəkələrdə əhaliyə verilən tövsiyələrdə də müşahidə etmək mümkündür. Bir sözlə, tibb işçilərinin verdiyi məsləhət və məqsədəuyğun xəbərdarlıqlarının hamısı, bilavasitə bədən sağlamlığına xidmət edir. Biz isə hesab edirik ki, pandemiyanın bir təhlükəsi də onun insanlarin psixi sağlamlığına vura biləcəyi ziyanlı təsirlə bağlıdır. Bu ziyanın fəsadları bəzən insanın ömrünün sonuna qədər rahat yaşamasını əlindən alır, ona əziyyət verir.
Məlumdur ki, insan sağlıq durumu onun bədən və psixikasının sağlam olmasından asılıdır. Hesab edirik ki, pandemiya zamanı sağlamlığın mühüm tərkib hissəsi olan psix sağlamlıq məsələsi arxa planda qalarsa, yarancaq problem "ağılasığmaz" ağır fəsadların meydana çıxmasına şərait yarada bilər.
Psixi sağlamlıq psixogigiyenadan başlayır. Psixogigiyena - psixi sağlamlığın qorunması deməkdir. O təkcə beyinin yox, həm də hislərin sağlam və gümrah olmasıdır. Psixi sağlamlıq, həm də psixoloji dayanıqlılığı özündə ehtiva edən antipandemiyadır. Psixogigiyenanın tarixi qədim dövrlərə - Hippokrata qədər gedib çıxır. Tibb elminin banisi Əbu Əli İbn Sina yazırdı ki, mənəvi faktor (oxu: psixoloji faktor) ilk növbədə xarakterin müvazinətli olması sağlamlıq və xəstəliyin ən mühüm şərtidir. Deməli, İbn Sina xarakterin müvazinətli olmasını psixogigiyenik faktor kimi qeyd etməklə onun psixi sağlamlığın əsasnı təşkil etdiyini nəzərimizə çatdırır.
Psixogigiyenanın məqsədi, bilavasitə insan psixikasının ətraf mühitdən gələn müxtəlif zərərli təsirlərə qarşı müqavimət gücünü artırmaqla onun psixi sağlamlığının keşiyində durmaqdır. Psixi sağlamlığın qorunması və möhkəmləndirilməsi yolunda ilk addım, məhz psixi pozuntu və xəstəliklərin baş qaldıracağı ilə bağlı xəbərdarlığın edilməsindən başlayır. İnsanlar bilməlidirlər ki, sağlamlıq və xəstəlik haqqında müasir düşüncə davranışla sağlamlıq vəziyyəti arasındakı əlaqənin başa düşülməsindən ibarətdir.
Psixi sağlamlıq təkcə psixi pozuntuların olmaması deyil. Ümumdünya Səhiyyə Təşkilatının Əsasnaməsində yazılır: "Sağlamlıq, yalnız xəstəlik və fiziki qüsurların olmaması deyil. Sağlamlıq həm də insanın fiziki, mənəvi və sosial rifah vəziyyətidir." Psixi sağlamlıq insanın elə rifah vəziyyətidir ki, o, öz qabiliyyət və bacarıqlarını həyata keçirir, gündəlik həyatında qarşılaşdığı stresi adlaya bilir, səmərəli işləyərək özünün dolanacağını təmin edir və yaşadığı cəmiyyətə fayda verir.
Psixi sağlamlıq, həm də dövlətin və millətin mövcudluğunu və inkişafını təmin edən təhlükəsizlik məsələsidir. Fərdin və ya əhalinin psixi sağlamlığı sosial, psixoloji və bioloji amillərlə müəyyən edilir. Məsələn, hal-hazırda dünyanın üzləşdiyi koronovirus xəstəliyi sosial, bioloji və psixoloji təzyiq kimi əhalinin psixi sağlamlıq üçün böyük təhlükə mənbəyidir. Xəstəliklə bağlı KİV-də və sosial şəbəkələrdə əhalinin aldığı informasiya (sürətlə yayılma, ölüm riski, yaşlı adamların həssas yaş qrupuna daxil edilməsi, iş yerlərinin bağlanması, karantin rejimində yaşamaq, xəstəlikdən qorunmaq üçün insanların evlərdə qalmasının qanuniləşdirilməsi və s.) əhalinin qorunmasına xidmət edir. Amma məsələnin bu tərəfi də var ki, bu məlumatlar və yaranmış pandemiya vəziyyəti, eləcə də xəstəliklə bağlı mövcud şəraitdə yaşamaq bəzi adamlarda ciddi psixoloji narahatlıqlara yol açır. Belə problemlərlə psixi sağlamlıq vəziyyəti zəif olan adamlar daha çox üzləşirlər.
Psixi sağlamlıq, psixogigiyena obyektiv və subyektiv faktorlardan asılıdır. Bəzən obyektiv və subyektiv faktorların hesabına insanlar psixi sağlamlıq məsələsində çox aciz olur və ciddi psixi pozuntulara düçar olurlar. İqtisadi, sosial, siyasi, demoqrafik və psixoloji böhranla müşayət olunan Koronovirus pandemiyası insanların psixi sağlamlığı üçün qorxu mənbəyidir. Ona görə də pandemiya ərəfəsində əhalinin psixi sağlamlığının qorunması və möhkəmləndirilməsi, bütün mütəxəsisilərin, o cümlədən psixoloqların, psixoterapevtlərin öhdəsinə düşən şərəfli peşə və müqəddəs insani borcdur.
Psixi sağlamlığın möhkəmləndirilməsi ilk növbədə əhalidən psixi sağlamlıq haqqında koqnitiv səviyyədə müvafiq anlayışın olmasını, sonra isə müvafiq istiqamətdə maarifləndirici işlərin aparılmasını və nəhayət psixi sağlamlığı təmin edən sosial və psixoloji mühitin yaradılmasını tələb edir. Insanların sosial, siyasi, iqtisadi və mənəvi hüquq və azadlıqlarının, eləcə də, təhlükəsizliyini təmin edən mühitin yaradılması, cəmiyyətdə insanların bir-birinə etibar etməsi və güvənməsi də, psixi sağlamlığı təmin edir. Insanların təhlükəsizliyi qayğısına qalmadan psixi sağlamlığı qorumaq mümkün olmur. Bu mənada bütün dünyada olduğu kimi pandemiya ilə bağlı dövlətimizin gördüyü tədbirlər əhalinin həm fiziki, həm də psixi sağlamlığına xidmət edir.
COVID-19 pandemiyası özü ilə iqtisadi, siyasi, sosial, təhsil böhranı ilə yanaşı insanların psixoloji vəziyyətinə də ciddi gərginlik gətirdi. Bu psixoloji gərginlik ilk növbədə psixi sağlamlığa zərər vurur. Bizi problemin hazırkı vəziyyəti ilə yanaşı, həm də perspektiv tərəfi narahat edir. Hesab edirik ki, pandemiya həyəcanı ilə bağlı insanların keçidikləri təşviş, narahatlıq təkcə indiki halda deyil, həm də pandemiyadan sonrakı müddətdə də özünü postravmatik stress şəklində biruzə verəcəkdir. Hazırki mərhələdə diqqət yetirməli olduğumuz vacib məsələlərdən biri psixoloji sağlamlığımızın gücləndirilməsi və qorunmasıdır.
Narahatlıq. Əslində narahat olmaq normaldır. Narahatlıq, təhlükəli vəziyyət haqqında bizi xəbərdar edən, fiziki və psixi ehtiyatlarımızı səfərbər edən, vücudumuzu təhlükəli vəziyyətdən qorumağa və ya çıxarmağa hazırlayan daxili xəbərdarlıq sistemlərimizdən biridir. İnsan vəziyyətə nəzarəti itirməkdən qorxduğu üçün hətta ailə qurmaq, evlənmək kimi xoşbəxt hadisələr də ona həyacan və narahatlıq verə bilər. Narahatlıq hissi həm də kömək edir. Məsələn, keçirdiyimiz narahatlıq layihə təqdimatına daha yaxşı hazırlaşmağınıza səbəb ola bilər. Bu cür vəziyyət xüsusilə təcrübədə olmayan, ilk dəfə qarşılaşdığınız işlərlə bağlı olur. Axı, insan qeyri-müəyyən vəziyyətdən uzaq olmaq, əksinə əmin olmağı istəyirik. İnsan ətrafında nə baş verdiyini və onun həyatını təhdid edə biləcək şeylərdən özünü qorumaq istəyir.
Hal-hazırda COVID-19 pandemiyası ilə bağlı yaşadığımız narahatlıqların, keçirdiyimiz psixoloji gərginliklərin ən əsas səbəbi bu kabus haqqında ətraflı məlumata malik olmamağımızdan irəli gəlir. Daima nə olacağını və nə edəcəyimizi düşünür və bu zaman özümüzü çarəsiz hiss edirik. Belə vəziyyət bizi daima stress içində tutub saxlamaqla psixi sağlamlığınıza zərər vurur. Siz başqaları ilə müqayisədə özünüzü əsəbi, acıqlı, çarəzis, kədərli hiss edir və gündəlik işləri daha həvəsiz görürsüz. Başqalarından daha çox məyus olduğunuzu hiss etdiyiniz üçün özünüzü adamlardan tamamilə təcrid etmək, baş verənləri xatırladan hər şeydən uzaq olmaq istəyirsiniz.
Yadda saxlamaq vacibdir ki, əgər insan görə və başa düşsə dərk edər ki, mövcud hadisələr fonunda o heç də çarəsiz deyil və Allah ona seçim imkanı vermişdir. Qeyri-müəyyənlik qarşısında psixi sağlamlığınızı qorumaq üçün edə biləcəyiniz çox şey var.
"Indi və burada" prinsipinə əməl edin. Bütün diqqətinizi hazırkı anda görə bildiyiniz işlərə yönəldin. Nə gələcək, nə də keçmiş zamanla bağlı düşünməyin. Çünki keçmiş unudulmağa məhkumdur, o getdi, onu bir daha geri qaytara bilməzsiniz. Gələcəkdə nə olacağını heç kim bilə bilməz. Əlinizdə və ixtiyarınızda olan indiki an və gününüzdür. Onu yaxşıca dəyərləndirin və qədrini bilin. Gələcəkdə nə olacağını bilmədiyimiz üçün o daha çox nigarançılıq verə bilər. Nəzarətinizdə olan və olmayan işləri bir-birindən ayırın, gücünüz çatan işlərlə məşğul olun.
Narahatlıq anında fikrinizi sizi əhatə edən əşyalara yönəldin, onların rəngini, toxunduqda çıxardığı səsləri yada salın. Və yaxud sinif yoldaşlarınızla bağlı xatirələri bölüşün. Şüurlu fəaliyyətlə məşğul olmaq, hər şeyin nəzarətinizdən çıxdığını hiss etdiyiniz vaxt sakitləşməyin bir yoludur.
Əlaqə saxlayın. Milli.Az dushunce.az-a istinadən bildirir ki, hislərinizi gizlətməyin. Əlavə dəstəyə ehtiyacınız varsa, əlaqə saxlayın. Fikir və düşüncələrinizi qohumlarınızla, özünüzə yaxın bildiyiniz insanlarla bölüşün. Valideynlər və yaxınlarınızla söhbət edin. Ciddi bir narahatlıq hiss edirsinizsə və bunun öhdəsindən gələ bilmirsinizsə, psixoloji yardım mərkəzlərinə zəng vuraraq dəstək alın. Unutmayın ki, karantin zamanı həyat dayanmır. Karantin müddətini, özünüzü və yaxınlarınıza inkişaf etdirmək üçün əla fürsət kimi dəyərləndirin.
Ruhunuzu qidalandırın. Yada salın ki, insanın yalnız bədəndən ibarət deyil. Onun həm də ruh tərəfi var. İnsanın ruh tərəfi ya qəsdən ya da bilməyərəkdən ona unutdurulur. Ona görə də insanlar yalnız fiziki sağlamlıq haqqında düşünür və bədənə qulluq edirlər. Bədən və imunitetimizin zəifləmə səbəbindən bəlkə də ən əsası elə ruhumuzun qorunmaması, onun zəifləməsidir. Ruhun, canın qidası isə sevgi və məhəbbətdir. Allaha və onun yaratdıqlarına olan sevgi.
Məlumat gigiyenasına əməl edin. Xəbəri yalnız rəsmi mənbələrdən alın. Sağlam olmayan qida bədən üçün necə zərərlidirsə, yalan məlumat da insan düşüncəsi üçün bir o qədər ziyanlıdır. Sosial şəbəkələrdə, internet səhifələrində yayılan hər növ informasiyanı oxumayın. Məlumat almağa da bir məhdudiyyət qoyun və xəbərlərə sizə lazım olduğu vaxtda qulaq asın. Həqiqətənmi sizə bu xəstəliklə bağlı son 24 saat ərzində bütün dünyada nə baş verdiyini bilmək lazımdır?
Pozitiv düşünün. Özünüzü pozitivə yönəltməklə psixi sağlamlığınızı o cümlədən ruh halınızı gücləndirə bilərsiniz. Neqativ düşüncə, pis fikirlər bədəninizin enerjisini aldığı üçün immunitetinizi də zəiflədir. İmmunitet zəifliyi də orqanizmin, xüsusilə də, yoluxucu xəstəliklərə tutulma ehtimalını çoxaldır. Ona görə də müsbət fikirləşin. Baş vermiş hadisələrə yaxşı tərəfdən baxmağa çalışın, insanlarda qüsur, səhv tapmağa çalışmayın. Əksinə özünüzü adamların müsbət xüsusiyyətlərini görməyə öyrədin. Belə olmaq sizin həm əhvalınıza, həm də həmin şəxslə daha yaxşı münasibət qurmağınıza müsbət təsir göstərəcəkdir. Pozitiv psixologiyanı daha yaxşı mənimsəmək istəyirsənsə Mövlanə Cəlaləddin Ruminin "Məsnəvi" sini oxuyun.
Düşüncəmiz bədənimizə, bədənimiz də düşüncəmizə təsir göstərir. Əgər müsbət düşünməkdə çətinlik çəkirsinizsə, onda bədəninizin gücündən istifadə edərək düşüncənizə təsir göstərin. Özünüzə niyə yox, necə sualını verin. Çünki, niyə sualı günahkar axtarmağa meyillidir. O, ya özünüzü, ya da başqasını günahlandıracaq. Necə sualı isə sizə çıxış yolunu göstərəcək.
Hərəkətdə olun. İdman hərəkətləri edin, addımlayın, asta templə qaçın, dəstamaz alın, namaz qılın, yerinizdə hoppanma hərəkətləri edin, duş qəbul edin, dərindən nəfəs alıb-vermə hərəkətini icra edin, gülün, zümzümə edin, oturduğunuz yerdə əl və ayaqlarınızı yanlara açaraq bədəninizi böyüdün və s. Bütün bu hərəkətlər sizin ruh halınızı müsbətə dəyişdirəcək. Çünki onlar ilk növbədə həyacan səviyyənizin aşağı (kortizol hormonu) düşməsinə, gümrahlıq hissinin (dopamin hormonu) isə çoxalmasına səbəb olacaqdır.
Proaktiv olun. İnsanın ən böyük gücü onun reaksiya verməsində seçim azadlığına sahib olmasıdır. Bu mənada insanları düşdükləri şəraitdə verəcəkləri reaksiya tərzinə görə reaktiv və proaktiv olmaqla iki qrupa ayırmaq olar. Proaktivlərin davranışı düşdükləri şəraitdən yox, özlərinin ixtiyari olaraq verdikləri qərardan asılıdır. Onlar bir qayda olaraq hislərini dəyərlərinə tabe etdirərək yaşayanlardır. Proaktiv insanlar reaktivlərdən fərqli olaraq, baş verənlərə görə özlərini cavabdeh hesab edir və məsuliyyəti öz üzərlərinə götürürlər. Reaktiv adlandırdıqlarımız isə olduqları şəraitin basqısı altında olan "sosial hava"dan asılı olurlar. Bir qayda olaraq reaktivlər mövcud "sosial hava" ilə proaktivlər isə onlara lazım olan və özləri ilə "gəzdirdikləri hava" ilə nəfəs alırlar. Odur ki, psixi sağlamlığı qorumaq üçün proaktiv olun.
Beləliklə, dəyişmək ya da acı çəkmək bir seçimdir. Seçim etmək öz əlinizdədir. Ümid edirəm ki, psixi sağlamlığınızın qayğısına qalacaq və ruh halınızı gücləndirmək üçün elə bu gündən dəyişikliklərə başlayaqaqsınız. Dəyişiklik isə düşüncədən başlayır. Pandemiya olduğu kimi antipandemiyada var. Evdə oturmaq və verdiyimiz psixoloji məsləhətlərə əməl etmək elə antipandemiyadır.
Allah yar və yardımçınız olsun, Amin!
Milli.Az /news.milli.az


Sağlamlıq     Baxılıb: 460   Tarix: 28 may 2020
f Paylaş

Oxşar xəbərlər

Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB

"Respublika Diaqnostika Mərkəzi" ASC gömrük qaydalarını pozduğuna görə cərimələnib. -a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 491.1-ci (Gömrü

"1 qaşığı şəfa mənbəyidir, bütün xəstəlikləri yox edir"

Sağlam həyata addım atmaq istəyənlərə təkliflər təqdim edən Prof. Dr. Canan Karatay min illik şəfa mənbəyi adlandırılan yeməyin hər zaman nizamlı istehlak edilməsinin lazım olduğunu vurğulayıb. Hər kəsin evində olan və adətə

Buna görə mütləq balqabaq yeyin

Balqabaq həm ləzzətli, həm də sağlamlıq üçün faydalı bir qidadır. O, çoxlu vitaminlər (A, C, E) və minerallar (magneziya, dəmir, kalsium) ilə zəngindir. xəbər verir ki, Balqabaq yemək bir çox fayda təmin edir:. Göz sağlamlığı

Azərbaycanda uşaqlar arasında xəstəlik yayıldı

Payız-qış mövsümünün başlanması ilə əlaqədar ölkədə əsasən uşaqlar arasında suçiçəyi xəstəliyinə yoluxma hallarına rast gəlinir. xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib

Qan qrupuna görə xəstəlik riskləri açıqlandı

Hematologiyanın inkişaf tarixi bir əsrdən çox əvvələ gedib çıxıb və onun əsas məqamı 1900-cü ildə Avstriya həkimi Karl Landsteyner tərəfindən qan qruplarının kəşfi olub. KONKRET.azxəbər verir ki, bu elmi nailiyyət tibb v

Bu tərəvəz qış xəstəliklərindən qoruyur

Qışda salatları bəzəyən turp tərkibindəki vitaminlər, minerallar və liflə tam sağlamlıq qaynağıdır. xəbər verir ki, çoxsaylı araşdırmalar nəticəsində turp yeməyin immuniteti gücləndirdiyini sübut edib. O sizi qış xəstəliklərində

Bu qidaları ağzınıza da atmayın: Çiy yeyildikdə öldürür

Bəzi qidalar çiy istehlak edildikdə sağlamlıq riski yaradır. Çiy yumurta və bəzi göbələklərdə təhlükəli toksinlər və ya bakteriyalar ola bilər. Çiy anakardiyanın tərkibində zəhərli maddə olan urushiol var. xəbər verir ki

Dünyanın ən dadsız yeməyi BU İMİŞ

Yakutiyada turistlərin qiymətləndirməsinə görə məşhur balıq salatı ən pis yemək seçilib. KONKRET.azxəbər verir ki, Taste saytının səsverməsinə görə "İndiqarka" salatı ən mənfi rəy alan yemək olub. Rusiyanın ən soyu

Qışda xəstələnməməyin ən asan yolu – Hər gün

Qışda sağlam qalmaq və xəstəliklərdən qorunmaq üçün balanslı və qidalandırıcı yeməklər yemək vacibdir. Xüsusilə immun sistemini gücləndirən qidalar seçmək faydalıdır. qış mövsümündə sağlamlığı qorumağa kömək edən yemək v


tezbazar azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta məzənnələri en son xeberler bu gun cəbhədən son vəziyyət en yeni xeberler