Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA

Pulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMAPulumuzu harda saxlayaq: Yastığın altı daha təhlükəsizdir, yoxsa bank kartları? – ARAŞDIRMA
Bank kartına pul gələn kimi onu nağdlaşdıranlar əvvəllər daha çox idi. Çünki bank kartlarına inam hələ formalaşmamışdı. Ancaq zamanla təbliğ edildi ki, pulumuz elə kartda qalsa, daha yaxşıdır. Bu zaman oğurluq, təbii fəlakət və s. kimi risklərdən sığortalanmış olur. Yəni zamanla inam artdı və insanlar pullarının kartda daha güvənli olduğu qənaətinə gəldilər.
Ancaq indi kartlardan pul oğurlaması halları da baş verir, özü də böyük məbləğlərdə. Bu kimi məsələlər gündəmə gələndə, banklar vətəndaşları diqqətli olmağa, kart məlumatlarını 3-cü şəxsə verməməyi məsləhət görürlər.
Ancaq bu kimi oğurluq halları yaşananda adamda sual yaranır ki, mənim də kartımdakı pulu oğurlaya bilərlər? Kartda saxlamaq nə dərəcədə etibarlıdır?
Məsələ ilə bağlı "Kaspi" qəzetinin əməkdaşı mütəxəssislərlə söhbətləşib.
Bank eksperti Emin Mahmudov deyir ki, bank və kart sektoru inkişaf etdikcə dələduzluq və kartlardan oğurluq halları da artır, lakin qeyd etməliyik ki, kartlardan pul oğurlanması halı banklara bağlı olmadığı üçün bu, əhalinin kartda pul saxlamasına mane olacaq faktor kimi çıxış etmir: "Tutaq ki, bir bankda ay ərzində 2 milyon əməliyyat olursa, bunun 10-u dələduzların kartdan pul oğurlanması ilə bağlı olur. Yəni belə hallar çox azdır. 5 hal bir bankda, 3 hal başqa bir bankda olanda, bu, bir az narahatlıq və əhali arasında təşviş yaradır ki, kartlardan pullar oğurlanır. Ancaq nəzərə alaq ki, indiyə kimi Azərbaycanda kartdan pulun oğurlanması heç vaxt bankın günahından olmayıb. Kartdan oğurluq halı 99 faiz halda müştərinin öz səhvi ucbatından olur. Həm kartların üstünlüklərini, həm də bu riskləri nəzərə alaraq müştəri özü ölçüb-biçib pulunu kartda saxlayıb-saxlamamaqla bağlı qərar verir. Yəni bizdə bu hallar çox deyil, üstəlik də banklarla bağlı deyil. Ona görə insanların pullarını kartda saxlamaqdan çəkinəcəklərini düşünmürəm".

E.Mahmudov bildirdi ki, təhlükəsizlik qaydalarına riayət etmək şərtilə pulumuzu kartda saxlamaqdan çəkinməməliyik: "Bütün kart istifadəçilərini əmin edə bilərik ki, 3-4 sadə təhlükəsizlik tədbirinə əməl etsəniz, kartınızdan pul heç vaxt oğurlana bilməz".
Ekspert həmin təhlükəsizlik qaydalarını da qeyd etdi: "Kartın 16 rəqəmdən başqa əlavə heç bir məlumatı 3-cü şəxsə verməyin. Sizə pul köçürürlərsə, CVV/CVC kod, kartın bitmə tarixi heç vaxt lazım olmur. Yaxud sizə link göndərib deyirlər ki, sizdən heç nə istəmirik, linkə özünüz daxil edin. Kart məlumatlarınızı heç bir linkə, tanımadığınız saytlara daxil etməyin. Kartın pin kodunu kartın üzərinə yazmaq olmaz. Bankın "application"ununu mütləq yükləmək lazımdır. Sabah kart oğurlananda, itəndə, tez tərpənib kartı bloklayasınız. Böyük məbləğdə pulu karta qoyursunuz, amma oğurlanacağından qorxursunuzsa, bankın proqramından kartı bloklayırsınız, sizə lazım olan vaxtı blokdan çıxarıb istifadə edirsiniz.
Bəzən bankdan zəng gəlir, bəzən isə dələduzlar bank əməkdaşı adından zəng vururlar. Siz hansı olduğunu müəyyənləşdirə bilmirsinizsə, zəng edən əməkdaşın adını və ofisdə daxili telefon nömrəsini soruşun. Deyin ki, mən sizinlə əlaqə saxlayacam. Sonra bankı özünüz yığıb həmin şəxslə danışmaq istədiyinizi deyin. Bu zaman əmin olacaqsınız ki, bankla danışırsınız".

İnformasiya Texnologiyaları mütəxəssisi Rəşad Əliyev deyir ki, kart istifadəsi ilə bağlı təlimatlar var, onlara diqqət edilməyəndə kartdan oğurluq halı baş verir: "Bank kartları ilə bağlı təhlükəsizlik standartları var. Banklar bunları edirlər, müştəriyə də bu məlumatları verirlər. Hansı kodları 3-cü şəxslə paylaşmamalı olduğunu bildirirlər. Amma insanlar əgər orda qeyd edilənlərə riayət etmirlərsə, problemlə üzləşirlərsə, bankı günahlandırmaq düzgün deyil".
R.Əliyev bildirdi ki, böyük məbləğlərdə oğurluqlardan sığortalanmaq üçün insanlar hansı kartı harada istifadə etməli olduqlarını bilməlidirlər: "Banklar kartlardan oğurluq hallarının qarşısını almaq üçün hazırda kartları kateqoriyalara bölüblər. Məsələn, maaş, səyahət, alış-veriş və sair kartlar var. Düzdür, kartların hamısı multifunksionaldır. Amma buna baxmayaraq, onlardan növlərinə uyğun istifadə etmək daha yaxşı olar. Maaş, yaxud pul yığdığınız kartları alış-veriş üçün istifadə etmək doğru deyil. Onlayn alış-verişdə maaş kartını istifadə edirsinizsə, burada da risk ehtimalı yaranır. Maaş kartı hər ay müəyyən məbləğdə pul gələn kart hesabıdır. Bu kart hesabını elektron kommersiya saytına qoymusunuzsa, saytın etibarı yoxdursa, sabah o kart məlumatlarınız bəd fikirli insanların əlinə keçə bilərsə, maaş vaxtı o ödənişi ələ keçirməyə çalışacaqlar. Bank təklif edir ki, onlayn alış-veriş üçün virtual istifadə edin. Bir də "3D security"ni aktiv edin". / oxu.az

Maraqlı       Tarix: 08 yanvar 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO

Qalkinin keçmiş sevgilisinə dair məlumatlar yayıldı: Puqaçova ərinin kiminlə evlənməsinə "mane olub"? - FOTO. Məşhur rusiyalı aktyor və yumorist Maksim Qalkinin arvadı Alla Puqaçovadan əvvəl kiminlə sevgili olduğ

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO

Planetimizdə 22 kalibrli atışa tab gətirə bilən canlı tapıldı - FOTO. Tədqiqatçılar qəddar təcrübə aparıblar və dənizin dərinliklərində yaşayan canlılardan birinin yaxın məsafədən 22 kalibrli atış zamanı sağ qala bildiyin

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxəbər cəbhədən son görüntülər ensonxeberler oxu.az xeberler