Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı

Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladıQiymət artımının davam etdiyi bir şəraitdə maliyyə planlaması ailə büdcəsinin əsas məsələlərindən birinə çevrilib.
Mənzil, avtomobil və digər iri həcmli alış-verişlər üçün vətəndaşların bir qismi uzunmüddətli yığım yolunu seçsə də, digərləri kredit hesabına ehtiyaclarını qarşılamağa üstünlük verir.
Bununla yanaşı, müəyyən vəsait toplaya bilən şəxslər pullarını dəyər itkisindən qorumaq və əlavə gəlir əldə etmək məqsədilə müxtəlif investisiya imkanlarını da nəzərdən keçirirlər.
Lakin maliyyə sahəsində yanlış qərarlar bəzən gözlənilən qazanc əvəzinə maddi itkilərə səbəb ola bilir.
Mövzu ilə bağlı azxeber.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, ölkədə investisiya imkanlarının məhdud olması və gəlirlərin səviyyəsi vətəndaşların maliyyə planlamasına yanaşmasına birbaşa təsir göstərir:
Pulunu artırmaq istəyənlər nəyə üstünlük verməlidir? - İqtisadçı açıqladı"Əslində Azərbaycanda əhalinin çox da böyük hissəsi bu barədə düşünmür. Çünki insanların real gəlirlərinə, orta aylıq əməkhaqqına baxanda görünür ki, onlar gündəlik problemlərini həll etməyə yetərli qədər gəlir əldə edirlər. Amma bəli, əhalinin bir hissəsinin əlavə pulları, vəsaitləri olur. Azərbaycanda investisiya imkanları o qədər də geniş deyil".
Natiq Cəfərli qeyd edib ki, hazırda vətəndaşların üstünlük verdiyi əsas investisiya alətləri daşınmaz əmlak və qızıldır:
"Ənənəvi olaraq ya daşınmaz əmlaka, ya da qızıla yatırım edirlər. Belə investisiya alətlərindən istifadə edənlərin sayı kifayət qədər çoxdur. Çünki bizdə qiymətli kağızlar bazarı, səhm bazarı hələ yeni-yeni formalaşır. İnsanların da hələ tam güvəni yoxdur ki, bununla bağlı hansısa formada addım atsınlar. Ona görə də əsas seçim hələ də qızıldır. Burada da ehtiyatlı olmaq lazımdır. Çünki qızılın qiyməti çox oynaqdır, hər zaman ya qalxır, ya da düşür. Daşınmaz əmlak daha rahat investisiya vasitəsidir, amma onun da qiyməti bahadır. Yəni daşınmaz əmlaka yatırım etmək üçün ən azı 100 min manatdan artıq vəsaitə ehtiyac yaranır".
Fəridə Əsədzadə

İqtisadiyyat       Tarix: 30 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler