Puqaçova "Crocus" terroruna susqun münasibətində özünə haqq qazandırdı - FOTO
Puqaçova "Crocus" terroruna susqun münasibətində özünə haqq qazandırdı - FOTO
Rusiyalı müğənni Alla Puqaçova Moskva vilayətində "Crocus City Hall" konsert zalında baş verən terror aktı ilə bağlı susqunluğuna görə özünə haqq qazandırıb.
Bu barədə o, sosial şəbəkə hesabında yazıb.
"Kədər "Instagram"da deyil, ruhda olmalıdır", - deyə o bildirib.
İfaçı qeyd edib ki, belə şeyləri ictimailəşdirməyə ehtiyac yoxdur.
Bundan əvvəl isə o, terror aktından sonra Tacikistan və Orta Asiya sakinlərinə qarşı nifrət barədə göz yaşları içində danışan tacik əsilli müğənni Manija Sanqinin videosunun altına şərh yazıb.
"Bağışlayın!!!" - deyə o, rəyində bildirib.
2021-ci ildə "Avroviziya"da Rusiyanı təmsil edən Manija buna cavab olaraq, onu çox sevdiyini yazıb.
Qeyd edək ki, Puqaçova faciədən sonrakı ilk günlərdə ölən və yaralananlara başsağlığı vermədiyi üçün tənqid dalğasına tuş gəlib.
Alla Puqaçova Ukrayna ilə Rusiya arasında başlayan müharibədən qısa müddət sonra ölkəsini tərk edib. O, Rusiyanın Ukraynada apardığı müharibəni dəstəkləməyib. A.Puqaçova ailəsi ilə İsrailə köçüb. A.Puqaçovanın həyat yoldaşı, tanınmış şoumen Maksim Qalkin də Ukrayna ilə müharibənin əleyhinə çıxdığı üçün Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınıb.
Martın 27-də rusiyalı müğənninin xarici agent kimi tanınması proseduruna başlanılıb.

Mənbə: Gazeta.ru / oxu.az
Xidmetler [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR