Putin ABŞ-a xəbərdarlıq etdi
Rusiya prezidenti Vladimir Putin Vaşinqtona xəbərdarlıq edib ki, Almaniyada Amerikanın uzaqmənzilli raketlərinin peyda olacağı təqdirdə Rusiya Federasiyası orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə birtərəfli moratoriumun tətbiqini dayandıracaq.
KONKRET.az xəbər verir ki, bu barədə dövlət başçısı Sankt-Peterburqda Baş Dəniz Paradını qəbul edərkən bildirib.
"Amerika administrasiyası və Almaniya hökumətinin 2026-cı ildən Almaniya Federativ Respublikası ərazisində Amerikanın uzaqmənzilli yüksək dəqiqlikli raket sistemlərinin yerləşdirilməsi planlarına dair bəyanatı diqqəti cəlb edir" – Putin deyib.
Prezident belə silahların Rusiyanın mühüm dövlət və hərbi nəzarət obyektlərinə, inzibati və sənaye mərkəzləri və müdafiə infrastrukturuna çata biləcəyini vurğulayıb.
"Və gələcəkdə nüvə başlıqları ilə təchiz oluna biləcək bu cür raketlərin ərazimizdəki hədəflərə uçuş müddəti təxminən 10 dəqiqə olacaq", – Rusiya dövlət başçısı qeyd edib.
"Əgər Amerika Birləşmiş Ştatları belə planları həyata keçirsə, biz özümüzü orta və daha qısa mənzilli zərbə silahlarının yerləşdirilməsinə, o cümlədən Hərbi Dəniz Qüvvələrimizin sahil qüvvələrinin imkanlarının artırılmasına dair əvvəllər qəbul edilmiş birtərəfli moratoriumdan azad hesab edəcəyik", – Putin bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar