Putin atəşkəs istəyir?
Rusiya prezidenti Vladimir Putin üşüncü tərəflər vasitəsilə Ukraynada atəşkəslə bağlı danışıqlara başlamağa hazır olduğunu göstərməyə çalışır.
KONKRET.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.
Nəşrin həmsöhbətlərinin fikrincə, rəsmi ritorikaya baxmayaraq, Vladimir Putin Rusiyanın ötən ilin payızında ilhaq etdiyi əraziləri saxlamaq şərtilə Ukrayna ilə barışıq bağlamağa hazır olduğunu göstərir. Qəzetin mənbələri bildirir ki, Putin təxminən sentyabr ayından müxtəlif rabitə kanalları, o cümlədən ABŞ və Rusiya ilə təmasda olan üçüncü ölkələr vasitəsilə belə siqnallar göndərir.
"The New York Times"ın həmsöhbətləri iddia edirlər ki, Vladimir Putin hazırda danışıqlar üçün əlverişli şərait yaradığını düşünür, çünki cəbhədəki vəziyyət hər iki tərəf üçün dalana dirənib və tərəfdaşlar Ukraynaya daha az dəstək verməyə başlayıblar.
Nəşrin Rusiyadakı mənbələri hesab edir ki, atəşkəs rejimini Ukrayna ilə müharibədə qələbə kimi təqdim etmək üçün Vladimir Putinin prezident seçkilərinə qədər barışıq bağlamaq istəyir.
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi