Putin Bəşər Əsədi təhvil verəcək, Suriyada isə... - YENİ SSENARİ
Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra onun saxlanılması və məsuliyyətə cəlb olunması məsələsi beynəlxalq müzakirə predmetinə çevrilib. Maraqlıdır, Bəşər Əsədin Suriyaya təhvil verilməsi real ssenari ola bilərmi?
Məsələ ilə bağlı siyasi şərhçi İlyas Hüseynov KONKRET.az-a açıqlamasında bildirib ki, Bəşər Əsədin ölkədən çıxışı birbaşa Rusiya tərəfindən təmin olunub və bu amil Moskvanın mövqeyini açıq şəkildə ortaya qoyur.
"Hazırda Bəşər Əsəd kifayət qədər rahat və təhlükəsiz həyat yaşayır. Son yayılan görüntülərdən də məlum olur ki, o, ailəsi ilə birlikdə Moskva ətrafında, Rusiyanın ən varlı şəxslərinin yaşadığı Rublyovkada məskunlaşıb."
İlyas Hüseynov qeyd edib ki, Suriyada formalaşan keçid hökumətinin rəhbərinin Moskvaya səfəri zamanı Əsədin gələcək taleyi müzakirə oluna bilər:
"Hesab edirəm ki, Suriyanın keçid hökumətinin rəhbərinin Moskvaya səfəri çərçivəsində Bəşər Əsədin Suriyaya təhvil verilməsi məsələsi müzakirə mövzusu olub. Lakin onun Rusiyadan Suriyaya verilməsi Moskvanın beynəlxalq nüfuzuna ciddi zərbə vura bilər."
Siyasi şərhçi vurğulayıb ki, Rusiya adətən himayə etdiyi rejimlərin birinci şəxslərinin təhlükəsizliyinə zəmanət verir:
"Rusiya dövləti ənənəvi olaraq himayə etdiyi rejimlərdə əsas fiqurların təhlükəsizliyini bu və ya digər formada təmin edir. Bu baxımdan Bəşər Əsədin Suriyaya təhvil verilməsi Rusiyanın siyasi imicinə uyğun deyil."
Bununla belə, İlyas Hüseynov digər variantı da istisna etməyib. Onun fikrincə, proses yalnız Rusiyanın strateji maraqlarına uyğun olacağı təqdirdə reallaşar:
"Əsədin Suriyaya verilməsi tamamilə danışıqlar mövzusudur. Əgər bu addım Rusiyanın maraqlarına xidmət edərsə, belə bir proses nəzəri olaraq baş verə bilər."
Ekspertin fikrincə, hazırkı siyasi konfiqurasiyada Bəşər Əsədin Suriyaya ekstradisiyası ehtimalı aşağı qiymətləndirilir.
Aynurə İsmayıl
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib