Putin bu fikiri ilə birbaşa Qərbi hədəfə aldı - BRİKS-dəki mesajın PƏRDƏARXASI
Rusiya prezidenti Vladimir putin BRİKS sammitində bir sıra mesajlar verdi və açıq fikirlər səsləndirməklə diqqəti özünə çəkməyi bacardı. Putin Rusiyanı təhdid etməyin mənası olmadığını və Kremlin bundan yalnız ruhlandığını dilə gətirməkə verdiyi mesajlar isə daha çox müzakirə mövzusuna çevrilib.
Mövzunu KONKRET.az-a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Rusiya prezidentinin məlum açıqlaması ilk növbədə Qərbə qarşı yönəlib:
"Artıq 3 ilə yaxındır davam edən Ukrayna müharibəsində Qərbin bütün cəhdlərinə baxmayaraq Rusiya ciddi itkilərə rəğmən məğlub duruma düşməyib. Bu gün də savaşda təşəbbüs Rusiyanın tərəfindədir. Kazanda keçirilən tədbirlə Rusiya, o cümlədən prezident Putin faktiki olaraq izolyasiyadan çıxdı. Savaşın ilk dönəmlərində Rusiyanın hava məkanı qapanmışdı və Moskva heç bir beynəlxalq tədbirə dəvət edilmirdi. Hazırda vəziyyət ciddi şəkildə dəyişib. Bu da Vladimir Putinin aktivinə yazılacaq bir hadisədir. Rusiyaya bu gün hərbi cəhətdən dəstək verən ölkələr var. Belə ki, İran PUA və raketlərlə, Şimali Koreya artilleriya sistemləri və canlı qüvvə ilə yardım göstərir. Rusiya hələ də ayaqdadır, çünki onun iqtisadi və hərbi potensialı, insan resursu çox güclüdür. Putin həmin potensialı beynəlxalq səviyyədə aldığı dəstək və izolyasiyadan çıxması ilə daha da gücləndirir və bu cür açıqlama verir. Digər amil isə Rusiya cəmiyyətindəki əhval-ruhiyədir. əslində bu fikirləri rus mentaliteti Putinə söylətdirir. Çünki savaşda iştirak və verilən itkilər rus insanını o qədər də incitmir. Rusiya əhalisinin böyük əksəriyyəti Putinin Ukraynadakı müharibəsini dəstəkləyir. Bu da Kreml rəhbərinin məlum bəyanatı verməsinə səbəb olan faktorlardandır".
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub