Putin-Əliyev görüşü... - "Baş tuta bilər"

Putin-Əliyev görüşü... - "2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq məcrasında inkişaf edirdi. Onun fikrincə, həmin dövrdə siyasi dialoq, iqtisadi əməkdaşlıq və humanitar əlaqələrdə müsbət dinamika müşahidə olunurdu. Amma AZAL-a məxsus təyyarənin vurulmasından sonra münasibətlərdə gərginlik yaranıb və bu, bir sıra sahələrə təsir göstərib".
KONKRET.az xəbər verir ki, bunu "Yeni Sabah"a politoloq Fərhad Məmmədov bildirib.
O, sözünün davamında deyib: "Ali səviyyədə siyasi dialoq demək olar ki, dayandırıldı, humanitar sahədə ciddi geriləmə müşahidə olundu. İnformasiya məkanında qarşılıqlı ittihamlar və neqativ məzmun müsbət gündəmi üstələdi. Bununla belə, iqtisadi münasibətlərdə praqmatik yanaşma qorunub saxlanıldı".
Politoloq qeyd edib ki, hazırda Azərbaycan-Rusiya münasibətlərində "yeni normallıq" formalaşır: "Bu mərhələdə əsas diqqət iqtisadi və infrastruktur layihələrinə yönəlib, təmaslar isə daha çox hökumət və nazirliklər səviyyəsində davam etdirilir".
"Azərbaycanın Rusiyadan uzaqlaşdığını və ya ona yaxınlaşdığını söyləmək doğru olmaz. Rəsmi Bakı Rusiya ilə münasibətlərini digər dövlətlərlə münasibətlərinin fonunda qurmayıb və bu gün də eyni siyasəti davam etdirir", – deyə politoloq vurğulayıb.
Ukrayna müharibəsinin Azərbaycana təsirləri barədə danışarkən bildirib ki, münaqişə artıq dolayı deyil, müəyyən mənada birbaşa təsirlər yaratmağa başlayıb:
"Həm Rusiyada, həm də Ukraynada yaşayan və çalışan Azərbaycan vətəndaşları müharibənin nəticələrini hiss edirlər. Artıq itkilər var. Xüsusilə dəniz nəqliyyatı sahəsində çalışan Azərbaycan vətəndaşları hücumlar nəticəsində həlak olur, yaralanır və ya iş yerlərini itirirlər".
F.Məmmədov bildirib ki, müharibənin təsirləri Xəzər regionuna qədər uzanır:
"Zərbələr artıq Xəzər dənizinə də yaxınlaşır. Bu vəziyyət həm ekoloji risklər yarada, həm də regionun daha çox hərbiləşməsinə səbəb ola bilər".
Politoloq Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş ehtimallarına da toxunub. O bildirib ki, liderlərin təması hər hansı beynəlxalq tədbir çərçivəsində baş tuta bilər, lakin yaxın perspektivdə dövlət səfərinin reallaşması üçün ciddi zəmin görünmür.
"Hazırda hökumətlərarası komissiyalar əvvəlki səfərlərdən irəli gələn qərarların icrası ilə məşğuldur. Açıq mənbələrdə görünən mənzərə ondan ibarətdir ki, yaxın vaxtlarda yeni dövlət səfəri üçün hazırlıq aparılmır".
Xatırladaq ki, iyulun 28-də Rusiya və Azərbaycan prezidentləri arasında telefon söhbəti olub.

Siyasi       Tarix: 04 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğalı dövründə təbii sərvətlərin, o cümlədən faydalı qazıntı yataqlarının xarici subyektlərin iştirakı ilə qanunsuz istismarı regionun ekologiyasına ağır ziyan vurub. Bu cinayətlər nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər azərbaycanda bugünkü son xəbərlər bugünki xəbərlər hava durumu