Putin-Ərdoğan görüşü bu ölkədə baş tuta bilər - Okan Müdərrisoğlu AÇIQLADI

Putin-Ərdoğan görüşü bu ölkədə baş tuta bilər - Okan Müdərrisoğlu AÇIQLADIRəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü Rusiyada baş tuta bilər.
KONKRET.az xəbər verir ki, bu sözləri "Sabah" qəzetinin köşə yazarı Okan Müdərrisoğlu deyib.
Putin-Ərdoğan görüşü bu ölkədə baş tuta bilər - Okan Müdərrisoğlu AÇIQLADI"Son "Vaqner" şoku və Beynəlxalq Cinayət Məhkəməsinə qədər uzanan təzyiqi nəzərə alsaq, Rusiya Prezidentinin ölkəni tərk etməsi ehtimalı güclü deyil. Bu başa düşülən səbəblər qarşısında Prezident Tayyib Ərdoğanın Rusiya səfərini gündəmə gətirməsi təəccüblü deyil", – deyə o yazıb.
Eyni zamanda Müdərrisoğlu Ərdoğanla Putin arasında görüş üçün mümkün tarixi qeyd etməyib.
O, görüşün əhəmiyyətinə, o cümlədən Qara dəniz hövzəsində təhlükəsizliyin təmin olunmasına diqqət çəkib.
Müdərrisoğlu yazır ki, iyulun 17-də "Taxıl sazişi"nə xitam verildikdən sonra Qara dənizdə əldə edilməsi çətin olan təhlükəsizlik və sabitlik zədələnib.
"Rumıniya və Bolqarıstanın ərazi sularından istifadə etməklə taxıl dəhlizindən yan keçmək təşəbbüsləri Qara dəniz hövzəsində münaqişənin yayılması riskini artırıb", – deyə o qeyd edib.
Avqustun 16-da "Shot Telegram" kanalı mənbələrə istinadən yazıb ki, Putin və Ərdoğan avqustun 31-də görüşə bilər, lakin danışıqların yeri dəqiqləşdirilməyib. Türkiyə Prezidentinin mətbuat xidmətindən TASS-a bildiriblər ki, iki dövlət başçılarının mümkün görüşü barədə hələlik konkret məlumata malik deyillər.
Avqustun 3-də Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, prezidentlərin görüşünün yeri və dəqiq tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. O bildirib ki, görüş yeri müzakirə ediləcək, bu, mütləq Türkiyə deyil.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 20 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xeberler bugun 2026 canli qarabag ən son xəbər