Putin həbsdə olan Xocalı qatili Robert Köçəryanı təbrik etdi
PRusiya Prezidenti Vladimir Putin Ermənistanın ikinci prezidenti, Xocalı qatili Robert Köçəryanı doğum günü münasibətilə təbrik edib.
KONKRET.azxəbər verir ki, Kremlin mətbuat xidməti Ermənistanın keçmiş prezidentinə göndərilən təbrik teleqramını "Maks" platformasında yayımlayıb.
Erməni siyasətçinin 72 yaşı tamam olub. Robert Köçəryan 1998-2008-ci illərdə Ermənistan prezidenti olub.
Avqustun 27-də Robert Köçəryan hakimiyyətdə olduğu dövrdə korrupsiya ittihamı ilə həbs edilib.
Putin təbrik teleqramında qeyd edib ki, Köçəryan Rusiya ilə dostluq və müttəfiqlik əlaqələrinin inkişafına töhfə verib.
Rusiya lideri keçmiş prezidentə "möhkəm can sağlığı, mənəvi güc və qarşılaşdığı sınaqlar qarşısında dözümlülük" arzulayıb.
Qeyd edək ki, Ermənistan məhkəməsi avqustun 27-də Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Bundan əvvəl onun böyük oğlu Sedrak Köçəryan da həbs edilib.
Ermənistanın keçmiş prezidenti və müxalif "Ermənistan" alyansının liderinə xüsusilə külli miqdarda pul vəsaitlərinin yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və xüsusilə külli miqdarda rüşvət alma ittihamları irəli sürülüb.
Köçəryanın kiçik oğlu, "Ermənistan" fraksiyasından olan parlament deputatı Levon Köçəryanın evində də axtarış aparılıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl siyasətçinin saxlanılması barədə şəxsən göstəriş verdiyini açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Xəstələrə iynə vuraraq yatırdıb, ölüm saatlarını dəyişdirib - "Güllü"nün qızı ilə bağlı şok iddialar
Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun