Putin İlham Əliyevlə hansı mövzuları müzakirə edəcək? – Zərdüşt Əlizadənin ŞƏRHİ
Rusiya prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana səfər edəcək. Rəsmi Kremlin yaydığı məlumatda qeyd olunur ki, dövlət başçılarının birgə bəyanatının qəbul edilməsi, hökumətlərarası sənədlərin imzalanması planlaşdırılır.
ABŞ-nin Ermənistana hərbi yardımı artırması, Ukraynanın Rusiya ərazilərini ələ keçirməsi fonunda liderlər qapalı qapılar arxasında hansı məsələləri müzakirə edə bilərlər?
Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı KONKRET.az-a açıqlama verib:
"Azərbaycanla Ermənistan arasındakı baş verən proseslər Rusiyanın nəzarətindən və təsir imkanlarından kənarda deyil. Ola bilər ki, Putin İlham Əliyevlə bu məsələləri müzakirə etsin. Həmçinin İranla bağlı müəyyən məqamlar haqqında danışıla bilər. Müzakirə ediləcək məsələlər çoxdur. Bizim təxmin etmədiyimiz məqamların müzakirəsi də istisna edilmir. Azərbaycanın Rusiya ilə ortaq layihələri var. Bundan başqa, rus qazının nəqli ilə bağlı da işlər görülür. Dediyim kimi, müzakirə olunacaq, danışılacaq məsələlərin siyahısı uzundur".
Politoloq Kursk cəbhəsindəki uğursuzluğun Putinin planlarına təsir etməyəcəyini bildirib:
"Kurskun müdafiəsi ilə Putin məşğul olmur. Buna cavabdeh şəxslər Müdafiə naziri, Baş Qərərgah və müvafiq hərbi dairələrdir. Prezident gedişat haqda göstəriş verərək, öz işləri ilə məşğuldur. Kursk əməliyyatı müharibənin tərkib hissəsidir. Ona görə də ciddi uğursuzluq fonunda belə, Putin planlarını təxirə salmayacaq".
Məlik Məlikov,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar