Putin QƏRAR VERDİ: Rusiya Ermənistana hərbi müdaxilə edəcək?
Son günlər Rusiya-Ermənistan münasibətlərində müşahidə olunan gərginlik fonunda Moskvanın Ermənistana hərbi müdaxilə ehtimalı ilə bağlı müzakirələr yenidən aktuallaşıb.
Bəs belə bir ssenari nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, hazırda Rusiya ilə Ermənistan arasında münasibətlərin soyuması daha çox Ermənistanda keçiriləcək seçkilərlə əlaqədardır.
Onun sözlərinə görə, Rusiya hakimiyyəti özünə yaxın qüvvələrin hakimiyyətə gəlməsi üçün bütün imkanlarını səfərbər edib:
"Son dövrlərdə Rusiya ilə Ermənistan arasında yaşanan gərginliyin əsas səbəbi məhz ölkədaxili siyasi proseslərdir. Moskva erməni cəmiyyətinə psixoloji təsir göstərmək, insanları qorxutmaq və öz tərəfinə çəkmək üçün Baş nazir Nikol Paşinyana müxtəlif vasitələrlə təzyiq edir. Bu, müəyyən mənada hibrid müharibə elementlərini xatırladır".
Politoloq vurğulayıb ki, Rusiyanın Ermənistana hərbi müdaxilə etməsi üçün nə siyasi, nə də hüquqi əsaslar mövcuddur:
"Rusiya özünü regionun əsas söz sahibi hesab edir və Ermənistanın onun siyasi iradəsinə uyğun davranmalı olduğunu düşünür. Halbuki Ermənistan suveren dövlətdir və erməni xalqının istədiyi siyasi qüvvəni seçmək hüququ var. Rusiyanın bu proseslərə müdaxiləsi əsassızdır və beynəlxalq hüququn prinsiplərinə ziddir".
Əli Mustafanın fikrincə, Moskvanın hərbi müdaxilə ehtimalı olduqca aşağıdır:
"Rusiya hansısa bəhanə ilə müəyyən addımlar atmağa çalışa bilər. Lakin bunun reallaşma ehtimalı çox azdır. Çünki Rusiyanın Ermənistanla birbaşa quru sərhədi yoxdur. Bu baxımdan Moskva yalnız Ermənistandakı hərbi bazasının imkanlarından istifadə edə bilər. Mövcud Ermənistan dövləti ilə açıq qarşıdurmaya getmək isə Rusiya üçün kifayət qədər çətin olardı".
Politoloq hesab edir ki, Kreml əsas diqqətini hərbi müdaxilədən daha çox siyasi təsir mexanizmlərinə yönəldəcək:
"Seçkilərdən əvvəl və sonra Rusiya Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmağa çalışacaq. Ən azı, mövcud hakimiyyətə təzyiq göstərərək sonrakı proseslərə təsir etmək niyyətindədir.
Xüsusilə Konstitusiya dəyişikliyi və referendum məsələləri fonunda parlamentdə güclü müxalifətin olması Moskvanın maraqlarına cavab verir.
Məncə, hərbi müdaxilə üçün real şərait mövcud deyil. Belə bir cəhd baş versə belə, uğursuz olacaq. Üstəlik, bu addım Rusiyanın Ermənistanı tamamilə itirməsinə səbəb ola bilər".
Aynurə İsmayıl
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var
Ermənistan Aİİ ilə bağlı qərar verdi
Türkiyəni qarışdıran əməliyyatın detalları - Açıqlandı
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Zelenskidən KRİTİK TƏKLİF: "Rusiya bu addımı atsa..."
"Qalatasaray"ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
"Sabah" rekordla başladı: 4 oyuna 11 cavabsız qol
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
Ov tüfəngindən atəş açıldı - 62 yaşlı kişi öldü
Ermənistana 8 ayda ixrac etdiyimiz məhsulların ümumi dəyəri
Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var
Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
Azərbaycanın nefti 127 dollara yüksəldi
Ronaldo çıxış etdiyi klubu ala bilər