Putin Qərbə mesaj verdi - Qapımız açıqdır
"Bütün dünya Oreşnik raketlərindən danışır".
KONKRET.az xəbər verir ki, yuxarıdakı fikirlər Vladimir Putinə aiddir.
Moskvada keçirilən Gələcəyin Texnologiyaları Forumunda çıxış edən Rusiya Prezidenti Vladimir Putin yeni hazırlanmış Oreşnik hipersəs ballistik raketləri haqqında açıqlamalar verib.
Rusiya lideri sözügedən silahların nə qədər davamlı olduğuna belə aydınlıq gətirib:
"Bütün dünya Oreşnik raketlərindən danışır. Bəs materiallar nələrdir? Bu döyüş başlıqlarının temperaturu Günəşin səthindəki temperaturla eynidir. 80-ci illərdən bəri uçan bloku idarə edən sistemlərin hazırlandığını bilirik. Biz ona "Avanqard" adını verdik. O sistemdəki temperaturlar da buna bənzəyir, Günəş səthindən bir qədər azdır".
Rusiya rəhbəri Qərbli alimlərlə əməkdaşlığı məhdudlaşdırmaq kimi niyyətlərinin olmadığını vurğulayıb və xarici alimləri də birgə işləməyə dəvət edib. "Qapılarımız açıqdır", – deyən Putin, Rusiyanın texnologiya və müdafiə sahəsində beynəlxalq əməkdaşlığa açıq olduğunu qeyd edib.//yenisabah
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı