"Putin Qərbin hazırladığı tələyə düşdü və Rusiya qlobal oyunçular siyahısından çıxdı" - ÖZƏL AÇIQLAMA

Rusiya-Ukrayna arasındakı müharibə fonunda rəsmi Moskvaya qarşı tətbiq edilən sanksiyalar Kremlə olduqca çətin vəziyyətə salıb. Artıq Putin hərbi əməliyyatları nizamlamaqla yanaşı, həm də ölkənin düçar olduğu iqtisadi vəziyyəti analiz etmək məcburiyyətində qalıb. Sanksiyaların Rusiya iqtisadiyyatına təsiri ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Mövzu ilə bağlı KONKRET.az açıqlama verən tanınmış iqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmirli bildirib ki,  Rusiyaya qarşı tətbiq edilən sanksiyalar çox ciddidir. SWIFT-dən çıxarılması Rusiyanın maliyyə-bank sektorunda çox ciddi fəsadlara yol açacaq: "İran təcrübəsi göz önündədir. İran iqtisadiyyatı sanksiyalara görə texnoloji baxımdan çox geridə qaldı.  İran şirkətləri xarici tərəfdaşları ilə hansısa bir əlaqə qurmaq üçün dolayı yollar axtarmağa məcbur oldular. Eyni aqibət Rusiyada da yaranıb. Bir neçə ölkə bu sanksiyalara qoşulmasa belə, qlobal ticarətin təqribən 75 faizi dollarla həyata keçirilir. Belə olan şəraitdə rubl vasitəsilə əməliyyatların aparılması mümkündür. Ancaq birmənalı olaraq Rusiyanın SWIFT-dən çıxarılması, o cümlədən logistik daşımalarla bağlı problemlərin olması ölkəni qeyri-leqal səviyyəyə gətirib çıxaracaq. Rublun ucuzlaşması müvəqqəti olaraq başqa ölkələrdən olan idxalçılar üçün xeyirlidir. Çünki dollar ekvivalentində olan maya dəyəri aşağı düşür. Bizim idxal üçün də bu normaldır. Amma Rusiyaya investisiyalar, yeni texnologiyalar gəlməyəcək və qapalı iqtisadiyyata keçid baş verəcək".
Nazim Bəydəmirlinin sözlərinə görə, indiki məhdudiyyətlər 2014-cü ildəki sanksiyalaradan tamamilə fərqlidir: "Buna görə də Rusiya iqtisadiyyatının sanksiyalardan salamat çıxacağını güman etmirəm. Ölkənin iqtisadiyyatı kiçilməkdə davam edəcək və bu yaxşı heç nə vəd etmir. Çünki insanlar daha da kasıblayacaq, hüquq və azadlıqları məhdudlaşacaq. Rusiya bir növ özünə qapanacaq və daxili represiyalar artacaq. Ölkənin inkişaf tempi düşən xətt üzrə hərəkət edəcək. Təbii ki, bunun geridönüşü də mümkündür. Ancaq mövcud vəziyyəti düzəltmək daha çox Putindən asılı olacaq".
Ekspert əlavə edib ki, Putin Qərbin ona hazırladığı tələyə düşdü: "Baxmayaraq ki, Rusiya nüvə ölkəsidir, amma bunun heç bir təsiri olmayacaq. Rusiya artıq qlobal oyunçular siyahısından çıxdı. "G-8"dən qovuldu, iqtisadiyyatı daralmağa başladı. Ümumdaxili məhsul həcmi isə daha da aşağı düşəcək və bu proses davamlı olacaq".
Müşviq Tofiqoğlu
KONKRET.az

Sosial       Tarix: 28 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxabar az sou biznes xeberler az