Putin Tokayevi hansı şərtlərlə xilas etdi? – ŞOK İDDİA
"Bir neçə həftə, hətta günlər ərzində Qazaxıstan şəhərlərində asayiş bərpa olunduqdan sonra KTMT qoşunları ölkəni tərk edəcək. Demək olar ki, hamısı geri çəkiləcək".
KONKRET.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, Qazaxıstana göndərilən KTMT qüvvələrinin 1.5 min nəfəri hərbi və dövlət obyektlərinin mühafizəsi ilə məşğul olacaq.
"Qazaxıstanın təhlükəsizlik qüvvələri Rusiya və Belarusdan olan təcrübəli yoldaşlarının arxasında özlərini güvəndə hiss edirlər. Əminik ki, çətin anlarında onlara dəstək olacaqlar. Buna görə də üsyançılara qarşı qəti və inamlı hərəkət edə bilərlər", – ekspert bildirib.
Markovun sözlərinə görə, Qazaxıstanın təhlükəsizlik qüvvələri Rusiya Prezidenti Vladimir Putinin onları dəstəklədiyini duyurlar: "Beləliklə, onlar üsyançılara qarşı qətiyyətlə hərəkət edə bilərlər. Çünki Putin onların tərəfindədir".
Ekspert KTMT qüvvələrinin bir müddət sonra Qazaxıstanı tərk edəcəyini iddia edib:
"Bir neçə həftə, hətta günlər ərzində Qazaxıstan şəhərlərində asayiş bərpa olunduqdan sonra KTMT qoşunları ölkəni tərk edəcək. Demək olar ki, hamısı geri çəkiləcək. Amma KTMT qoşunlarına qarşı partizan müharibəsinin başlaya biləcəyi qorxusu həmişə olmalıdır. Əks-kəşfiyyat ayıq-sayıq olmalıdır və durmadan işləməlidir".
Markov Rusiyanın Prezident Kasım Jomart-Tokayevi "xilas" etdiyini də bildirib:
"Rusiya Prezident Tokayevin xilas edilməsi üçün Qazaxıstan rəhbərliyinə hansı şərtləri irəli sürüb? Türkiyə mediası 4 şərtin olduğunu yazır; Krımın Rusiya ərazisi kimi tanınması, ikinci dövlət dili statusunun rus dilinə qaytarılması, etnik ruslara muxtariyyət statusu və Qazaxıstanda Rusiya hərbi bazalarının qurulması.
Realist səslənir. Qazaxıstandakı ruslar həqiqətən qorunmalıdır. Rus dilinin sıxışdırılmasına imkan verməməliyik. Bu isə son illərdə inkişaf edən rusofobiyanın qarşısını alacaq. Hərbi bazalar isə güc zəmanəti yaradır. Amma hakimiyyətin məntiqini başa düşdüyümə görə, daha bir tələb olmalıdır: Qazaxıstan iqtisadiyyatında Britaniya şirkətlərinin tədricən Rusiya şirkətləri ilə əvəzlənməsi. Orada çoxlu Britaniya şirkəti var, bunların sayını azaltmaq lazımdır. Bu, strateji təhlükəsizliyin ən mühüm şərtlərindən biridir"./teleqraf/
Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı