Putin Türkiyə-Suriya münasibətlərinin normallaşdırılması üçün danışıqlar variantını nəzərdən keçirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılması üçün danışıqların Türkiyədə aparılması variantını nəzərdən keçirdiyini bildirib.
Bu barədə Türkiyə lideri Almaniyadan qayıdarkən jurnalistlərə söyləyib.
"İndi elə bir mərhələdəyik ki, Bəşər Əsəd Türkiyə ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addım atan kimi biz də eyni addımı atacağıq. Çünki əvvəllər Suriya ilə düşmən deyildik, Əsədlə ailə kimi görüşmüşdük. İstənilən vaxt dəvətlərimizi göndərə bilərik. Ümid edirik ki, bunun sayəsində Türkiyə-Suriya münasibətlərini keçmişdəki səviyyəyə qaldıra biləcəyik. Putinin Türkiyədə görüş keçirməklə bağlı fikirləri var. İraqın baş nazirinin də bu məsələyə öz yanaşmaları var. Biz həmişə vasitəçilikdən danışırıq, amma qonşularımız niyə vasitəçi ola bilmir?", – o deyib. / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək