Putin Ukrayna ilə bağlı "güzəştini" elan etdi
Ukraynanın qaçaq keçmiş prezidenti Viktor Yanukoviçin uzun fasilədən sonra yayımladığı videomüraciəti Rusiya Prezidenti Vladimir Putinin təlimatıyla həyata keçirilib. Viktor Yanukoviç dövlət başçısı olduğu illərdə Ukraynanın Avropa Birliyinə üzvlüyünü dəstəklədiyini, ancaq NATO-ya üzvlüyün isə fəlakətə aparacağını söylədiyini bildirib. Eyni sözləri Kreml sahibi Çində Slovakiya Baş naziri Robert Fitso ilə görüşdə deyib: "Rusiya heç vaxt Ukraynanın AB üzvlüyünə qarşı çıxmayıb, NATO-ya gəlincə, bu başqa məsələdir, burada söhbət Rusiyanın təhlükəsizliyinin təmin olunmasından gedir".
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Putin özünün və Yanukoviçin açıqlaması vasitəsilə sanksi Qərbə mesaj göndərir ki, Rusiya Ukraynanın Avropa qurumlarından birinin üzvlüyünü əngəlləməyəcək. Halbuki, Ukraynada ikinci Maydan hərəkatı məhz Putinin Viktor Yanukoviçə təzyiqi nəticəsində onun AB ilə assosiativ saziş imzalamaqdan imtina etməsiylə başlamışdı. Putin üstündən illər keçdikdən sonra yeni açıqlamasıyla Ukraynanın Avropa Birliyinə üzvlük məsələsində güzəştə hazır olduğunu demək istəyib. Məsələ burasındadır ki, AB Ukraynaya siyasi, iqtisadi və müəyyən qədər hərbi dəstək versə də, bu ölkəni təşkialata üzv qəbul etməyə hazır deyil. Putin də bunu bildiyindən topu onların meydanına atıb", – o bildirib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO