"Putin və Trampın görüşünə hazırlıq davam edir"
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq prosesi davam edir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.
Diplomatın sözlərinə görə, Moskva və Vaşinqton Ukrayna məsələsi ilə bağlı "non-paper" formatında heç bir sənəd mübadiləsi aparmayıb.
"Biz bildiririk ki, sammitə hazırlıq davam edir. Mən ciddi maneələr görmürəm", – deyə Ryabkov vurğulayıb. O qeyd edib ki, əsas məsələ Ankoricdə keçirilmiş görüşdə prezidentlər tərəfindən müəyyənləşdirilən parametrlərin "konkret məzmunla doldurulmasıdır". Bu isə çətin, lakin zəruri prosesdir.
Rusiya XİN rəhbərinin müavini əlavə edib ki, bəzi qüvvələr Rusiya və ABŞ-ın razılığa gəlməsinə və liderlərin yeni görüşünün keçirilməsinə mane olmağa çalışırlar. "Vəziyyəti əvvəlki dövrlə müqayisədə dəyişmiş kimi təqdim etmək cəhdləri var. Mən bunu razılığa gəlmək şansını azaltmaq üçün düşünülmüş cəhdlə əlaqələndirirəm", – deyə diplomat qeyd edib.
S.Ryabkov hesab edir ki, Qərb mediasında anonim mənbələrə istinadla yayılan çoxsaylı şayiələr və məlumat sızmaları "işin xeyrinə deyil". O, həmçinin bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə ABŞ Dövlət katibi Marko Rubionun Budapeştdə görüşü barədə razılıq hələ əldə olunmayıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib