Putin xəbərdar etdi - İsrail-İran arasında müharibə olacaq, Ermənistan yox olacaq

Putin xəbərdar etdi - İsrail-İran arasında müharibə olacaq, Ermənistan yox olacaq"Rusiya Federasiyasının ən yüksək rəsmiləri səviyyəsində Bakıya intensiv səfərlər İran və İsrail arasında mümkün eskalasiya zamanı yarana biləcək böyük regionda baş verən proseslər, İranla bağlı problemlərlə bağlıdır".
KONKRET.azxəbər verir ki, bu fikirləri erməni mineral texnoloq Vigen Akopyan səsləndirib.
O daha sonra fikirlərini belə davam etdirib: "Hər biri öz çəkisinə və təsirinə görə nəinki öz mövqelərini təmin etməyə, həm də müttəfiqlərinə müəyyən xidmətlər göstərməyə çalışır. Düşünürəm ki, həm Şoyqunun, həm də Vladimir Putinin Azərbaycana səfəri təkcə Rusiyanın regiondakı mövqelərinin aydınlaşdırılması ilə deyil, həm də Rusiyanın İrana qarant olmağa çalışması, ən azı, mümkün hadisələr zamanı Azərbaycanın neytrallığı baxımından şərtlənib".
O qeyd edib ki, Sünikdə (Qərbi Zəngəzur) Azərbaycana dəhliz verilməsinin əleyhinə olan yeganə dövlət İrandır: "İran demək olar ki, açıq mətnlə deyir ki, siz öz sərhədiniz üçün döyüşməsəniz belə, biz döyüşəcəyik, çünki bu, bizim ümumi sərhədimizdir. Aydındır ki, bu, sadəcə olaraq onların təhlükəsizlik problemidir və onlar bunun üçün sona qədər mübarizə aparacaqlar. Təsadüfi deyil ki, İran ənənəvi sivilizasiya olduğu üçün alternativ yol təklif edib, Azərbaycan və Türkiyəyə deyib ki, iqtisadi komponentdə maraqlıdırlarsa, o marşrutu əsas götürə bilərlər. Əslində İran o dəhlizlə bağlı xarici siyasətdə Ermənistanın xeyrinə daha çox iş görüb, nəinki Ermənistan hakimiyyəti. Vaxtilə Ərdoğan dəhlizin qarşısında yeganə maneənin İran olduğunu demişdi. İran son gülləsinə qədər mövqeyini qoruyacaq".
Belarus prezidenti Aleksnadr Lukaşenkonun "Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron sabah orada olmayacaq və hamı Ermənistanı unudacaq" bəyanatına Vigen Akopyan belə mübasibət bildirib: "Lukaşenko Putinin ruporudur. Necə ki, Jirinovski uzun müddət ölkə daxilində Putinin ruporu olub və Putinin ictimaiyyət qarşısında deməkdən çəkindiyi sözlər söyləyib, Putinin də xarici siyasət meydanında ruporu Lukaşenkodur. Gəlin bu sözləri Putinin nöqteyi-nəzəri ilə götürək və hesab edək ki, bu sözlər Putinin xəbərdarlığıdır".
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 22 avqust 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 cəbhədən yeni xəbərlər sonxeberler cəbhədən canlı