Putindən Paşinyana təzyiq mesajı: "Bizimlə razılaş, əks halda..."
"Moskvada Ermənistan səfirliyi qarşısında keçirilən aksiya ilk növbədə ölkə daxilindəki narazı siyasi dairələrin Rusiyadakı diaspor üzərindən Paşinyana təzyiq göstərmək cəhdi kimi görünür. Paşinyanın Moskva səfəri fonunda belə bir etirazın təşkili Kremlin Ermənistan rəhbərliyinə yönəlik narazılığını ictimai müstəviyə çıxarmaq üçün əlverişli alət ola bilər".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
O bildirib ki, aksiyanın zamanlaması da təsadüfi deyil:
"Rusiya uzun müddətdir Paşinyanın Qərblə yaxınlaşmasını açıq narazılıqla müşahidə edir və bu cür mitinqlər Moskvanın mesajlarını birbaşa demədən, "kənar aktorlar" vasitəsilə ötürməsinə imkan yaradır".
Politoloq qeyd edir ki, digər tərəfdən, aksiya Rusiyadakı erməni ictimaiyyətinin də Paşinyanın siyasətinə tənqidi münasibətinin dərinləşdiyini göstərir.
"Xüsusilə Ermənistanın KTMT-dən uzaqlaşması, Rusiya ilə əməkdaşlıq mexanizmlərini zəiflətməsi və Qarabağ sonrası balansın dəyişməsi Moskvaya yaxın dairələrdə Paşinyana qarşı narazılığı artırıb. Aksiyanın məhz səfər zamanı keçirilməsi həm Paşinyana psixoloji təzyiq mesajı, həm də Moskvanın "bizimlə hesablaşmasan, ölkə daxilində də narazılıq artacaq" tipli dolaylı siqnalı kimi qəbul oluna bilər. Bu da Ermənistan–Rusiya münasibətlərində gərginliyin daha dərin mərhələyə keçdiyini göstərir".
Aynurə İsmayıl
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib