Putini Türkiyə qırıcıları qoruyacaq
Rusiya Prezidenti Vladimir Putinin ABŞ Prezidenti Donald Trampla Budapeşt sammitinə gedən marşrutu açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın "Komsomolskaya Pravda" qəzeti məlumat yayıb.
Bildirilib ki, Rusiya liderinin təyyarəsi Qara dəniz, Türkiyə, Yunanıstan sahilləri, Albaniya, Monteneqro və Serbiya üzərindən uçacaq.
Putinin təyyarəsini Qara dənizə qədər Rusiya qırıcıları, ardınca isə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16-lar qoruyacaq. Moskva bəyan edib ki, bu tədbirlər hər cür təxribatın qarşısını almaq üçün atılıb.
Bundan əlavə, Putinin Budapeştə çatması üçün alternativ marşrut da hazırlanıb. İkinci marşrutun Xəzər dənizi, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiyadan keçməsi planlaşdırılır.
BBC-nin bu barədə yazdığı başqa bir məqaləyə görə, Putin təhlükəsizliyini təmin etmək üçün İl-96 təyyarəsindən istifadə etmək istəyəcək. Lakin bu halda, Rusiya AB və ya NATO üzvü olan ölkələrin hava məkanından keçmək və AB-nin rus təyyarələrinə qarşı tətbiq etdiyi qadağanı pozmaq üçün xüsusi icazə almağa məcbur olacaq.
Avropa Komissiyasının sözçüsü Anitta Hipper açıqlamasında üzv ölkələrin öz təşəbbüsləri ilə istisna tətbiq edə biləcəyini, lakin bu qərarın hər bir ölkə tərəfindən ayrıca verməli olduğunu bildirib.
NATO da məsələni müzakirə edib və Trampın bu prosesə daxil olması səbəbilə ölkələrin bu məsələyə razılıq vermə ehtimalının yüksək qiymətləndirildiyi bildirilib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib