Putinin Bakı səfəri erməniləri qorxuya salıb - Azərbaycan Zəngəzura daxil olacaq?
Ermənistan mediası Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra əsassız iddia ilə çıxış edib.
Həmin iddiaya görə, Ermənistandakı revanşist qüvvələrin Azərbaycana hücuma keçəcəyi proqnozlaşdırılır. Bunun ardınca isə Azərbaycanın Qərbi Zəngəzura girəcəyi, sonradan isə bölgənin Rusiyanın nəzarətinə veriləcəyi bildirilir.
Mövzu ilə bağlı KONKRET.az-a danışan siyasi şərhçi Elşad Paşasoy Ermənistanı böyük dövlərlərin maşası adlandırıb:
"Açığı, erməni tərəfinin ortaya atdığı sərsəm iddiaların Azərbaycan mediasında geniş müzakirə olunmasının əlehinəyəm. Rəsmi İrəvanın belə bizimlə münasibətlərdəki mövqeyi aydın deyil. Onlar müxtəlif paytaxtlardan idarə olunurlar. Ermənistan böyük dövlətlərin maşasıdır. Son günlər qonşu ölkənin təxribatlara əl atması daxildəki qüvvələr və onların himayədarlarının sifarişi ilə reallaşır. Həmin ölkələr mövqelərini Ermənistanda gücləndirməyə çalışırlar. Başa düşürlər ki, sülh olacağı təqdirdə Cənubi Qafqazdakı aktiviklərini itirəcəklər. Bu kimi sərsəm iddiaların kökündə isə Azərbaycan – Rusiya münasibətlərinə zərbə vurmaq niyyəti dayanır".
Ekspert bildirib ki, Azərbaycanın hansısa ölkənin ərazisinə hücum etmək niyyəti yoxdur:
"Cənubi Qafqazda münaqişə ocaqlarının olması ABŞ və Fransa kimi ölkələrə sərf edir. Xatırlayırsınızsa, ilin əvvəlində ABŞ-də olan bəzi çevrələr iddia edirdilər ki, guya Azərbaycan Zəngəzur dəhlizinə görə hərəkətə keçəcək. Hətta bu fikirləri Nikol Paşinyan da səsləndirmişdi. Ancaq heç bir hərbi aktivliyimiz olmadı. Əvəzində, hərbi əməliyyatlar olmadan, Ermənistan tələblərimizi yerinə yetirdi və anklav kəndlər işğaldan azad olundu. Bizim məqsədimiz aydındır. Sülh istəyirik və buna görə də müəyyən tələblərimiz var. Birincisi, Ermənistan ərazi iddialarından əl çəkməli və ölkə konstitusiyasına dəyişiklik etməlidir. İkinci məqam isə Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupundan birgə imtina etmələrini açıqlamalıdırlar. Bu qədər sadə. Putinin ölkəmizə səfəri fonunda hər hansı gülünc iddiaların heç bir əsası ola bilməz".
Məlik Məlikov,
KONRKET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar