Putinin sözçüsündən ABŞ və NATO ilə bağlı Polşaya SƏRT XƏBƏRDARLIQ
"Polşa Baş nazirinin müavini, Milli Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Yaroslav Kaçinskinin Varşavanın öz ərazisində Amerika nüvə silahlarının yerləşdirilməsinə açıq olması ilə bağlı bəyanatları qitədə gərginliyin daha da artmasına səbəb ola bilər".
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, son vaxtlar Polşa rəhbərliyinin xətti bütövlükdə "dərin narahatlığa səbəb olur":
"Polşanın siyasi xətti son dərəcə döyüşkəndir, anti-Rusiyadır".
Qeyd edək ki, aprelin 3-də Almaniyanın "Welt am Sonntag" qəzetinə verdiyi müsahibədə Yaroslav Kaçinski Polşanın ABŞ-ın nüvə silahlarına ev sahibliyi etməyə açıq olduğunu bildirib. O, həmçinin ölkədə NATO-nun yeni komanda mərkəzinin yaradılmasına çağırıb.
Xatırladaq ki, Yaroslav Kaçinski "Sieci" jurnalına verdiyi açıqlamada Smolenskdəki təyyarə qəzasında Polşa Prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı Rusiyanı günahlandırıb.
Vəsilə İbrahim,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti