Putinin Ukrayna cəmiyyətinə gizli mesajı: Kreml rəhbərinin "sülh" istəyinin arxasında nə dayanır?
"Ukraynanın döyüş meydanında itkilərini dilə gətirməkdənsə, danışıqlar masasına oturmaq daha yaxşıdır". Rusiya prezidenti Vladimir Putinin bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə yol açıb. Putin bildirib ki, reallıqları nəzərə alaraq sülh variantını istənilən an nəzərdən keçirmək olar. Bəs görəsən, Kreml rəhbəri hansı reallıqları nəzərdə tutur? Ümumiyyətlə, Putinin bu açıqlaması nəyə hesablanıb?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Putinin belə bir fikir irəli sürməsinin bir neçə səbəbi ola bilər:
"Birincisi, bu fikirləri Rusiyanın iqtisadi və hərbi cəhətdən ciddi zəifləməsinin nəticəsi kimi qəbul etmək mümkündür. Digər tərəfdən, bu fikiri manevr kimi də dəyərləndirmək olar. Putinin beynəlxalq ictimaiyyətə özünün sülh istədiyini, lakin Ukraynanın bununla razılaşmadığını göstərməsi də mümkündür.
İkincisi, bu mesajın arxasında dayanan səbəblər sırasında Rusiyanın həqiqi istəyini göstərmək cəhdlərini də müşahidə edə bilərik. Yəni Putinin bu fikirinin arxasında bir neçə variant dayana bilər. Belə ki, Rusiya lideri real vəziyyəti anlayır və dünyadakı dəyişiklikləri başa düşür. Odur ki, çox ciddi ziyana getmək istəmir. Müharibənin uzun müddət davam etməsində maraqlı görünmür. Digər tərəfdən, Ukraynada məqsədinə çatmış kimi görünmək istədiyindən belə bir təklif irəli sürə bilər. Bu, həm də Ukrayna cəmiyyətinə, "mən sülh istəyirəm, amma Zelenski isə bundan qaçır" mesajı da ötürür.
Bu baxımdan sırf Ukraynada Rusiyanın qələbə qazandığını, yaxud məğlub olduğunu söyləmək çətindir. Düşünürəm ki. bu tendensiya hələ natamamlığı göstərir. Putin özü də Ukrayna müharibəsinin sonunun hara gedəcəyini bilmir. Müharibəyə milyardlarla dollar xərclənir və bu, ciddi itkidir. Ona görə də, Rusiya liderinin açıqlamasını birmənalı qəbul etmək doğru olmaz".
Müşviq Tofiqoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub