Putinin yaxın dostu Berluskoni ondan məyus olduğunu DEDİ - Buçadakı vəhşiliyi müharibə cinayəti ADLANDIRDI
İtaliyanın keçmiş baş naziri qeyd edib ki, o, Putini həmişə "demokratiya və sülh adamı" hesab edib.
KONKRET.az "Politica"ya istinadla xəbər verir ki, partiyasının tərəfdarları qarşısında çıxış edən Berluskoni Rusiyanın Ukraynaya müdaxiləsinə görə, Rusiya Prezidenti Vladimir Putindən "məyus" olduğunu bildirib.
İşğal altında olan Krıma səfər edən Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni Rusiya Prezidentini Ukrayna ilə müharibəyə görə tənqid edib.
"Bütün dünya qarşısında çox ciddi məsuliyyət daşıyan Vladimir Putinin davranışından dərin məyus olduğumu, kədərləndiyimi gizlədə bilmirəm və gizlətmək də istəmirəm. Mən onunla iyirmi il əvvəl tanış olmuşam və o, mənə həmişə belə görünürdü. demokratiya və sülh adamı",- Berluskoni deyib.
"Buça və Ukraynanın digər şəhərlərində dinc əhalinin qətliamları, əsl hərbi cinayətlər dəhşəti ilə üzləşən Rusiya öz məsuliyyətini inkar edə bilməz. Əksinə, qanun və əxlaqa zidd davranışlara görə məsuliyyət daşıyanları müəyyən edib məsuliyyətə cəlb etmək onun maraqlarına uyğun olmalıdır", – o əlavə edib.
Xatırladaq ki, rusiyalı publisist Ukraynadakı uğursuzluqlara görə, Putinin generallarla konflikt olacağını proqnozlaşdırıb. Andrey Piontkovski hesab edir ki, Donbas uğrunda döyüş həlledici olacaq.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti